Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Qırğızıstanlı diplomat UNEC-də - FOTO

16:44  |    19 Aprel 2018  |   E-mail  |  Çapa göndər


UNEC-də Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov iki ölkə arasında güclü iqtisadi-siyasi əlaqələrin olduğunu bildirib. O, Qırğızıstan ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin əhəmiyyətindən bəhs edib.

Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Bakıt Yusupov “Qırğızıstanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış edib. O, UNEC-in tələbələrinə Azərbaycan və qırğız xalqlarının tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olduğunu bildirib. Qırğızıstanda 20 minə yaxın azərbaycanlının yaşadığını qeyd edən B.Yusupov iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafndan söz açıb. Diplomat ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.

Tədbirdə Qırğızıstanın coğrafiyası, zəngin tarixi, inkişafı, mədəniyyəti, təbiəti, iqtisadiyyatı və təhsili haqqında sənədli film nümayiş olunub. Sonda tələbələrinin suallarını cavablandıran müvəqqəti işlər vəkili UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirərək, onlarla tanışlıqdan məmnun olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Yeni cərimələr təsdiqləndi
14.11.2018
Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri təsdiqlənib
14.11.2018
Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri təsdiq edilib
14.11.2018
Prezident Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında qanunu imzalayıb
14.11.2018
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi