Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Qarabağdan İrəvana tanklar gətirilir: Atəş açacağıq - VİDEO

09:15  |    19 Aprel 2018  |   E-mail  |  Çapa göndər


İrəvanın Respublika meydanında yenidən etiraz aksiyalarına start verilib.

Axar.az xəbər verir ki, etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb.

Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb.

***

İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. O, burada jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib.

Bununla Paşinyan dünən Ermənistan polisinin yaydığı bəyanata cavab verib. Belə ki, polis dünən yaydığı bəyanatda hökumət binalarının müdafiəsi zamanı xüsusi vasitələr və hətta silahdan istifadə etmək haqqının olduğunu bildirib.

Artıq İrəvanın mərkəzində müxtəlif şayiələr yayılmağa başlanıb. Rusiyanın “Ekpress qəzeti” şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb.

Ermənistan Prezidenti Serj Sərkisyan da etiraz aksiyalarına reaksiya verib. Sərkisyan dünənki açıqlamasında bu aksiyaların ölkənin iqtisadiyyatına mənfi təsir etdiyini bildirib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Hələbdə Əsəd və İranyönlü silahlılar arasında toqquşma - 85 ölü, 110 yaralı
19.10.2018
Ərdoğan mətbuat konfransında yatdı - Video
18.10.2018
Putindən Qaşıqçının qətli ilə bağlı - Şok açıqlama
18.10.2018
Krımdakı partlayışda ölü sayı 21-ə çatdı
18.10.2018
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir