Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5702

Digər sorğular

İşəgötürənlər və qadın işçilər qadınların əmək hüquqları ilə bağlı məlumatlarlandırılıb

16:47  |    17 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Qanunvericilik hamilə va ya 3 yaşına çatmamış uşağının olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina olunmasını yolverilməz hesab edir və bu kateqoriyaya aid qadınlar üçün həftəlik iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə şəhərində əksərən qadınların çalışdıqları “Gəncə Tekstil”ASC-də “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda keçirdiyi seminar-müşavirədə vurğulanıb.

Yarı-ayrı işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Xidmətin rəsi müavini Anar Quliyev ölkəmizdə əmək münasibətləri sahəsində də qadınların kişilərlə bərabər hüquqlara malik olduqlarını vurğulayıb. O, hazırda keçirilən tədbirin həm işəgötürənlər, həm də qadın işçilər arasında qadınların əmək hüquqları ilə bağlı məlumatlandırma məqsədinə xidmət etdiyini bildirib.

Seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əmək müfəttişləri Arzu Əliyev və Natiq Bayramov məruzələrlə çıxış edərək, əmək qanunvericiliyində qadınlarla bağlı nəzərdə tutulan hüquqlardan bəhs ediblər. Qadınların əmək hüquqları ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsindən irəli gələn prinsiplər, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar diqqətə çatdırılıb. Həmçinin qadınların əmək funksiyasına yalnız hansı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsinin daxil edilə bildiyi barədə məlumat verilib. Qeyd olunub ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.
Habelə hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, uşağın yedizdirilməsi üçün fasilələrin verilməsi və s. barədə qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Seminar-müşavirədə işəgötürənlərin və qadın işçilərin sualları da cavablandırılıb. Tədbirdə iştirakçılara qadınların əmək hüquqları barədə maarifləndirici bukletlər təqdim olunub.

“Gəncə Tekstil”ASC-nin istehsalat rəisi Muxtar Yusubov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Sahib Axundov çıxış edərək əmək hüquqları ilə bağlı belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.07.2018
Daha bir Qarabağ qazisi vəfat etdi - GÖYÇAYDA
21.07.2018
Bakı metrosundan istifadə edənlərin sayı 118 milyondur?
20.07.2018
Sahil Babayev 5 rayonun sakinləri ilə görüşdü - Foto
20.07.2018
2019-2023-cü illərdə Azərbaycanda sosial xidmətin inkişafı ilə bağlı konsepsiya hazırlanacaq
19.07.2018
DSMF-nin gəlirləri artıb