Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5702

Digər sorğular

Bakıda kriminal avtoritetə hökm oxunub

15:38  |    17 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək sonuncunu döyüb. K.Hüseynova yumruq və təpik zərbələri vurub. Beləliklə, K.Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.

A.Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb. A.Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.07.2018
Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsində
22.07.2018
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur
21.07.2018
Milli Mətbuat Günü ilə bağlı Qaziler.az-ın əməkdaşı mükafatlandırıldı
21.07.2018
Bakıda işıqların sönmə səbəbi bilindi – Rəsmi açıqlama
20.07.2018
Millət vəkili Qənirə Paşayeva: “Hamımız hər zaman yanınızdayıq“