“Həyat yoldaşım mənə dedi ki, ilim çıxandan sonra evlən. Onun hissetmə qabiliyyəti var idi. Öləcəyini hiss etmişdi”.

Aktyor dünyasını dəyişən həyat yoldaşı Mömünat xanımdan danışıb. O, aktrisa xanımının vəsiyətini açıqlayıb:
“Bir gün otuzdurdu məni və istəklərini dedi. Mən də etirazımı bildirdim. Dedi ki, ailə qur, sözümə qulaq as. Dedim ki, pasportda sənin adın yazılıb, bəsdir. Ondan sonra baldızlarım, bacılarım çox dedi evlən. Amma razılaşmadım. On ildir yanımda yoxdur, amma hər gün onunla yaşayıram. Elə gün yoxdur ki, onu xatırlamayım.
Mömünat da aktrisa idi. Bütün filmlərə mənimlə çəkilib. O, dünyasını dəyişəndə övladımız Aytənin 29 yaşı var idi”.
Qeyd edək ki, Nail Naiboğlunun "Stop" layihəsi "Youtube"də yayımlanır.
Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər