Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5466

Digər sorğular

Deputatın ailəsi ilə mülk davası sərhədləri aşdı

12:20  |    17 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Milli Məclisin üzvü, Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyeva ilə bağlı yayılan sensasion məlumatların ardı-arası kəsilmir.

Deputatın öz doğma ailə üzvlərinin başına gətirdiyi oyunlar fevral ayından indiyə qədər medianın gündəmindədir.

Axar.az xəbər verir ki, deputat S.Əliyevanın anası Bəsirə Əliyevanın 8 fevral tarixində “AzPolitika” saytına verdiyi geniş açıqlamada məlum oldu ki, Milli Məclisin üzvü Şəmkirdə biznes fəaliyyəti ilə məşğul olan mərhum atası Sakit Əliyevin bütün əmlakını anası və qardaşlarını aldadaraq ələ keçirib. Ata vəfat edəndən sonra anasını, “nə durmusan, ərin bu gün-sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl tez gedək notariat kontoruna, onun bütün əmlakını sənin adına keçirək” adıyla Gəncədəki ASAN Xidmət mərkəzinə aparan deputat, anasını aldadaraq, bütün əmlakı öz adına sənədləşdirib. B.Əliyeva həyat yoldaşı vəfat edəndən sonra öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik özünün payı da əldən gedib.

Deputat bu əmlakdan qardaşlarına və anasına heç nə buraxmayıb.

“Mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” sözlərini əsas gətirən deputat bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edib.

Medianın gündəmini zəbt edən bu xəbərlərə S.Əliyevanın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyevin “Ailəmizdə heç bir narazılıq yoxdur, problem həll olunub” açıqlaması ilə nöqtə qoyulsa da, şikayətçi ananın “Yeni Müsavat”a yenidən müraciəti göstərir ki, deputatın ailəsinin başına açdığı oyunlar bununla bitmir.

İndi isə deputat S.Əliyeva anası B.Əliyevanı mərhum atasından qalan biznesini davam etdirməyə imkan vermir.

“Yeni Müsavat”a danışan ana bildirib ki, qızı deputat mandatından istifadə edərək, onların biznesini iflic duruma salıb.

Ailə kimə müraciət edirsə, problemlərini həll edə bilmir, onlara “Sona deməsə, icazə verməsə, biz heç bir sənəd işini görən deyilik” deyə bildirirlər.

Deputatın anası B.Əliyevanın iş üzrə təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var ki, sənədlərdən S.Əliyevanın atası Sakit Əliyevin ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur.

Maraqlıdır ki, 2 ay öncə ailəsinin onun haqqında dediklərinı heç bir reaksiya verməyən deputat bu dəfə susqunluğunu pozaraq Modern.az saytına danışıb. Ailəsinin ona qarşı səsləndirdiyi iddiaları yalanlayan deputat S.Əliyevanın sözlərinə görə, ailə üzvləri mərhum atasından ona miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyi təqdirdə onu və övladlarını öldürməklə hədələyib.

Deputat iddia edib ki, onu şantaj edərək psixoloji təzyiq altında ata mirasından notarial qaydada imtina etdiriblər. O, mərhum atasından qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina edib. S.Əliyeva bildirib ki, çoxları onun deputat imicini korlamaq üçün istifadə edir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.04.2018
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
19.04.2018
Qarabağ qazisi prezidentin fərmanını alqışladı
19.04.2018
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
19.04.2018
Rayon maşınlarının Bakıya girişinə qadağa qoyuldu
19.04.2018
Kamran Həsənlidən yeni qalmaqal: Rusiyada yaşayan azərbaycanlıları aşağıladı - VİDEO