Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5893

Digər sorğular

Türkiyəyə təhdid: Suriyaya yeni ordu gəlir

11:19  |    17 Aprel 2018  |   E-mail  |  Çapa göndər


ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyanın şimal-şərqindəki ABŞ hərbi kontingentini ərəb ölkələrindən olan hərbçilərlə əvəzləmək istəyir.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, “Vol Strit Jurnal” qəzeti bir müddət əvvəl bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general Abbas Kamala zəng etdiyini və bu planın reallaşdırılmasında Vaşinqtona yardım etməsini istədiyini yazıb.

“Bundan öncə ABŞ Prezident Administrasiyası Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə müraciət edərək, Suriyanın şimal hissəsinin bərpası üçün onlardan 1 milyard dollar istəyib. Vaşinqton yeni təşəbbüsü ilə Suriyanın təhlükəsizlik zonasında vakuumun yaranmasından qaçmağa cəhd edib”, - məlumatda bildirilir.

Qəzetə açıqlama verən Yaxın Şərq İnstitutu Analitik Mərkəzinin əməkdaşı Çarlz Lister ABŞ-ın bu planının reallaşacağına inanmadığını bildirib:

“Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə mövcudluqlarını saxlayırlar. Misir isə öz növbəsində Bəşər Əsədin idarə etmədiyi əraziləri qorumaq istəmir. Buna görə də ərəb ölkələri ABŞ-ın burada öz qoşunlarının bir hissəsini saxlamasını istəyəcək. Əks təqdirdə onlar öz ordularını Suriyaya göndərməyəcəklər”.

Qeyd edək ki, Türkiyənin terrorçuların məskunlaşdığını bildirdiyi və hədəf olaraq göstərdiyi Menbiçdə ABŞ kontingenti yerləşir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ərdoğan mətbuat konfransında yatdı - Video
18.10.2018
Putindən Qaşıqçının qətli ilə bağlı - Şok açıqlama
18.10.2018
Krımdakı partlayışda ölü sayı 21-ə çatdı
18.10.2018
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
18.10.2018
“Lotu Quli” sərbəst buraxıldı