Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5633

Digər sorğular

"Astan Şahverdiyevi jurnalistlər öldürdü" - Ağacan Əbiyev

14:25  |    16 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat həmkarı Astan Şahverdiyevin dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib.

A.Abıyev “Ölkə.Az”a açıqlamasında mərhum Astan Şahverdiyevlə tələbə yoldaşı və dost olduğunu bildirib:

“Astan Şahverdiyev ürəyi təmiz və ziyalı adam idi. Onun yas mərasiminə də gedəcəm. Çünki rəhmətlik mənim tələbə yoldaşım və deputat həmkarım olub. Astan Şahverdiyev tələbəlik illərindən ictimai fəaliyyətlə məşğul olurdu, alim idi. Çox təəssüf ki, sağlamlığı yaşamasını imkan vermədi. Allahdan ona rəhmət, ailə üzvlərinə yaxınlarına da səbr diləyirəm”.

Ağacan Abıyev Astan Şahverdiyevin ölümündə jurnalistləri də günahlandırıb:

“Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi.

Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil idi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər onu hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı. Bir söhbəti bir dəfə gündəmə gətirərlər, hər bir adam da ondan dərs çıxarar. Daha bir söhbəti dönə-dönə gündəmə gətirib əldə oyun etmək doğru deyildi. Təsəvvür edin ki, rəhmətliklə bağlı məsələ futbol topu kimi ondan buna, bundan ona ötürülürdü. Rəhmətlik də bunları görəndə çox pis olurdu”.

Onu da qeyd edək ki, ötən il Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev mərhum deputat haqqında aşağıdakı fikirləri dilə gətirib:

“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözlərinin həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib. Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur. A. Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırmışdı.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video
22.06.2018
“Elçibəy - 80” müsabiqəsinin qalibləri - ADLAR
22.06.2018
Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə fləşmob keçirilib - VİDEO
22.06.2018
Nazilə Səfərlinin qardaşı arvadı: "İntihar edəcəm"
22.06.2018
Sabahın hava PROQNOZU