Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6002

Digər sorğular

Milli Qəhrəmanın doğum günüdür

18:19  |    16 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Bu gün Milli Qəhrəman Rizvan Rəhman oğlu Teymurovun doğum günüdür.

AzVision.az-ın məlumatına görə, Milli Qəhrəman Rizvan Teymurov 1967-ci il aprelin 16-da Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra 1985-ci ildə ordu sıralarına çağırılıb. Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vurduqdan sonra 1987-ci ildə Vətənə dönüb. 1990-cı ildə Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda tərəddüd etmədən bu dəstəyə daxil olub. Qorxu bilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində ermənilərin zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyatların birində ilk dəfə ağır yaralanması onu odlu-alovlu cəbhədən uzaqlaşdıra bilməyib.

1991-ci il dekabrın 10-da Rizvan Teymurov öz silahdaşları ilə birgə, Xankəndi yaxınlığında, azğın erməni təxribatının qarşısını alıblar. Elə bu vaxt xain ermənilər, Rizvanı və silahdaşlarını gözlənilmədən atəşə tutub. Dekabrn 10-da Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olan Rizvan Teymurov Şuşa rayon Quşçular kənd qəbiristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlıq və rəşadətə görə, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

1992-ci il fevralın 11-də ermənilər Rizvanın doğma kəndini də işğal edib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.12.2018
Firudin Cəlilovla Etibar Əliyev arasında QALMAQAL: “3 gün vaxt verirəm!”
09.12.2018
Bakıda gələcəkdə baş verə biləcək kütləvi tələfatın bünövrəsi belə qoyulur... (FOTO/VİDEO)
09.12.2018
Gələn il evlənmək istəyənlərin işi çətin olacaq…
09.12.2018
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı (VİDEO)
09.12.2018
Sabaha gözlənilən hava proqnozu