Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6002

Digər sorğular

“Saflığa doğru” adlı tədbir keçirilib

16:37  |    16 Aprel 2018  |   E-mail  |  Çapa göndər


"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılğı ilə "Saflığa doğru” adlı tədbir keçirilib. Tədbirdə Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlar iştirak edib.

Birlikdən verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mənəvi dəyərlərimizin mühafizə olunması həm də milli dirçəlişimizin inkişafı deməkdir: "Unutmamalıyıq ki, vətən uğrunda şəhadətə qovuşanların aldığı dərs mənəvi dəyərlərimizdən keçib. Ən çox sevindirici hal onadan ibarətdir ki, bu gün ölkəmizdə milli və mənəvi irsimizin əsl himayəçisi Azərbaycan dövlətidir. Seçkilərdən sonra prezident İlham Əliyevin yenidən inşa olunan məşhur Hacı Cavad məscidinin açılışını etməsi bunun sübutudur”.

S. Əzimbəyli qeyd edib ki, birlik və bərabərliyimizi, əbədi qardaşlığımızı pozmağa yönələn yad təsirlərdən mühafizə olunmağımızın bir yolu da mənəvi saflığımızın qorunmasından keçir. Onun sözlərinə görə, həqiqi mənəviyyat adamı dini və milli kimliyə sahib olan əsl ölkə vətəndaşıdır.

Tədbirdə "Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə mövzu ətrafına çıxış edərək ədəbi klassiklərimizin yaradıcılığında mənəvi saflığın, nəfsin, şükürün rolundan ayrıca bəhs etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda müqəddəs vətən şəhidlərinin əziz ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb. (kaspi.az)

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.12.2018
Firudin Cəlilovla Etibar Əliyev arasında QALMAQAL: “3 gün vaxt verirəm!”
09.12.2018
Bakıda gələcəkdə baş verə biləcək kütləvi tələfatın bünövrəsi belə qoyulur... (FOTO/VİDEO)
09.12.2018
Gələn il evlənmək istəyənlərin işi çətin olacaq…
09.12.2018
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı (VİDEO)
09.12.2018
Sabaha gözlənilən hava proqnozu