Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5466

Digər sorğular

Yerevanda tələbələrlə polis arasında toqquşma baş verib - VİDEO

10:53  |    16 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Onlar dərsə girməyiblər və oturaq aksiya keçirirlər.

Tələbələr Yerevanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib.

Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürüb. Baş nazirin namizədliyi parlamentin aprelin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.04.2018
Deputatlar əlbəyaxa oldular - VİDEO
19.04.2018
Rusiyanın azərbaycanlı milyarderləri - SİYAHI
19.04.2018
Rusiya yenə TƏƏCCÜBLƏNDİRDİ – PUA-ların qənimi olan yeni SİLAHLAR
19.04.2018
Moskvada "Quli"yə qarşı müharibə hazırlığı: dəstə yığılır
19.04.2018
ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib