Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5466

Digər sorğular

Azərbaycanda prezident seçkilərinin nəticələrinə yekun vurulub

12:30  |    15 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə yekun vurub.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezident seçkilərinin nəticələri ilə bağlı ümumi məlumat verilib, nəticələrə dair yekun protokolun tərtib edilməsi barədə qərar qəbul olunub.

Yekun protokol tərtib olunub, sənəd Konstitusiya Məhkəməsinə təqdim ediləcək Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir.

Aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib. Səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % (3 milyon 397 min 664), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02 % (119 min 390), öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12 % (123 min 6), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03 % (119 min 674), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38% (54 min 603), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52 % (59 min 977), Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17 % (46 min 10), "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74 % (29 min 282) səs toplayıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.04.2018
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
19.04.2018
Qarabağ qazisi prezidentin fərmanını alqışladı
19.04.2018
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
19.04.2018
Rayon maşınlarının Bakıya girişinə qadağa qoyuldu
19.04.2018
Kamran Həsənlidən yeni qalmaqal: Rusiyada yaşayan azərbaycanlıları aşağıladı - VİDEO