Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6002

Digər sorğular

Azərbaycanlı gənc Çində birinci oldu - Foto

15:40  |    14 Aprel 2018  |   E-mail  |  Çapa göndər

BDU məzunu Çində universitet birincisi olub.

Publika.az xəbər verir ki, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili almış, fakültənin Tələbə Gənclər Təşkilatının sədri və iki dəfə “İlin tələbəsi” seçilmis, hazırda təhsilini Çinin Renmin Universitetində “Çinin biznes hüququ” üzrə magistr pilləsində davam etdirən Fərahim Hüseynzadə yeni bir uğura imza atıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikası Hökumətinin qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) Renmin Universitetində tam təqaüdlə təhsil alan F.Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdü və ən yüksək elmi mükafatına layiq görülüb.

Təhsil aldığı müddətdə ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən F.Hüseynzadə "Academic Performance" kateqoriyası üzrə Renmin Universitetində nəinki fakültə, həmçinin universitet üzrə birinci olmagı bacarıb. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan, eləcə də ermənistanlı tələbə həmkarlarını qabaqlamagı bacarıb.

F.Hüseynzadə sevincini sosial şəbəkədə paylaşıb:

"Sizinlə bir şad xəbəri paylaşmaq istəyirəm. Deməli, bir çoxunun bildiyi kimi Çində "Chinese Government Scholarships" laureatı kimi tam təqaüdlə təhsil alıram. Bir də bizim universitetin daxili təqaüdləri var ki müxtəlif kateqoriyalar üzrə verilir. GPA-im 3.95/4.00 olduğundan mən də ən yüksək təqaüd sayılan "Academic Performance" təqaüdünə apply etdim və nəticədə əlavə olaraq bu mükafata və təqaüdə layiq görüldüm. Həm də tək hüquq fakültəsində yox, ümumən universitetdə ən yüksək ortalama balına sahib tələbə kimi. Çinin ən nüfuzlu hüquq məktəbi olan təhsil ocağında təhsil göstəricisinə görə birinci sırada olmaq mənim adıma çox böyük uğur, mənim timsalımda ölkəmin tanıtımına böyük töhfədir.

Sevinirəm, buna haqqımın olduğunu düşünürəm. Amma üzərimdə əməyi olan valideynlərim, müəllimlərim, nələrsə öyrəndiyim, görüb-götürdüyüm insanların hər birinin uğuru və Allahın lütfüdür bu. Hansı ki, 6-7 aylıq təhsilin yox illərin gətirib çıxardığı nəticədir. Bax o dəyərli insanların hər birini təbrik edirəm!"

Qeyd edək ki, Fərahim Hüseynzadə “Mən Azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə, Harada, Nə zaman” intellektual oyunu üzrə kuboklar sahibi, “Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi ve universitet liqası üzrə Azərbaycan çempionudur.






Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.11.2018
Emalatxanadan sürgünə, sürgündən emalatxanaya - Ələkbər Rzaquliyevin məşəqqətli həyatı
04.11.2018
Deputat nazirin müdafiəsinə qalxdı: “Çox xarici dil bilir, ona görə...”
03.11.2018
Zamirə Hacıyevanın Londonda daş-qaşı müsadirə olundu (FOTOLAR)
02.11.2018
Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı
31.10.2018
Qulu Məhərrəmli: “Reketlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”