Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6020

Digər sorğular

Milli Şuranın mitinqi ilə bağlı GENERALDAN XƏBƏRDARLIQ

01:58  |    14 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək.

Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".

Qeyd edək ki, Milli Şura aprelin 14-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH Milli Şuranın müraciətinə müsbət cavab verib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.11.2018
Emalatxanadan sürgünə, sürgündən emalatxanaya - Ələkbər Rzaquliyevin məşəqqətli həyatı
04.11.2018
Deputat nazirin müdafiəsinə qalxdı: “Çox xarici dil bilir, ona görə...”
03.11.2018
Zamirə Hacıyevanın Londonda daş-qaşı müsadirə olundu (FOTOLAR)
02.11.2018
Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı
31.10.2018
Qulu Məhərrəmli: “Reketlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”