Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5703

Digər sorğular

Məşhur türk general Bakıya gəlir- SƏBƏB...

19:20  |    13 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Türkiyə Silahlı Qüvvələrinin sayca 26-cı Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun Azərbaycana səfəri planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli məlumat yayıb.

O, qeyd edib ki, İ.Başbuğun səfərində məqsəd konfrans keçirməkdir. Ş.Nəsibli konfransda iştirak üçün qeydiyyatdan keçmək lazım olduğunu vurğulayıb:

“İlkər Başbuğ dünyanın və Türkiyənin hər yerində, universitetlərdə keçirdiyi konfransların birini də Bakıda keçirəcək”.

Qeyd edək ki, İ.Başbuğ 29 aprel 1943-cü ildə Afyonkarahisar bölgəsində Makedoniyadan olan alban emiqrantın ailəsində dünyaya gəlib. O, 30 avqust 2008-ci ildən 30 avqust 2010-cu ilədək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. İ.Başbuğ təqaüddə olarkən – 2012-ci ildə İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən Ergenekon işinə görə həbs olunub. 26 ay həbsdə qalan Başbuğ 2014-cü ildə həbsdən azad olunb. O, hazırda bədii yaradıcılıqla, həmçinin araşdırmalarla məşğuldur. İ.Başbuğ Baş Qərargah rəisi vəzifəsində ilk xarici səfərini Azərbaycana edib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.07.2018
"Ermənilər Fransanın onları satdığını yazdı" - Şərh
21.07.2018
İŞİD burada DİRİLDİLİR: - DƏHŞƏTLİ PLAN
21.07.2018
Merkel Azərbaycana gəlir
20.07.2018
İraqın kürd prezidenti nümayişçiləri SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞDI
20.07.2018
“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram, danışıqlar üçün material var...”