Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Bakıda Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun iştirakı ilə konfrans keçiriləcək

16:58  |    12 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Konfransda iştirak etmək üçün Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun ilk dəfə Azərbaycana səfəri nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, ölkəmizdə əmək və məşğulluq, əmək bazarı sahəsində həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər nəzərə alınmaqla, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə cari ilin 21 may tarixində Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

BƏT-in Baş direktoru Qay Rayderin də konfransda iştirak etmək üçün ölkəmizə səfəri planlaşdırılıb ki, bu da Azərbaycan Respublikasının BƏT-ə üzv olduğu 26 illik dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olacaqdır. Həmçinin Konfransda 20-dək ölkədən nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.

Azərbaycan Respublikası BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində bu Təşkilatın 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq, onların icrası yönündə məqsədyönlü işlər aparır. Həmin Məqsədlərin icrasının əlaqələndirilməsi məqsədilə ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılaraq fəaliyyət göstərir.

Dayanıqlı İnkişaf Məqsədləri sırasında dayanıqlı inkişaf şəraitində bütün əhali üçün səmərəli məşğulluq imkanlarının yaradılması və layiqli əməyin təmin olunması da mühüm yer tutur ki, bu da 8-ci Məqsəddə əksini tapır. Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı bu mühüm hədəfə nail olunmasında birgə və səmərəli fəaliyyət müstəvisini formalaşdırmaqla, ümumən sosial inkişaf naminə vacib məqsədlərin reallaşmasına yönəlib. Ötən ilin iyun ayında Azərbaycanın BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanması ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti təzahürü olmaqla, Azərbaycanın BƏT-in siyasi qərarlarının qəbulunda iştirak imkanına malik olmasını şərtləndirib.

Konfransda dünyada əmək bazarının müxtəlif kontekstlərində Dayanıqlı İnkişaf Məqsədlərinin, həmçinin layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlərin, əməyin gələcəyi, iqtisadi inkişafın inkluziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəli olması, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sisteminin tətbiqi və s. müzakirə olunması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
"Bu il şəhid ailələrinin 50 faizinə ödəniş ediləcək" - Nazir
17.10.2018
BP ilə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib - NAZİRLİK
17.10.2018
Nazirlikdən "kupça"sı olmayan evlərlə bağlı AÇIQLAMA
16.10.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018
Bir qrup narazı vərəsənin birdəfəlik ödəmə aldığı sübut edildi - NAZİRLİK