Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6002

Digər sorğular

Berlində azərbaycanlıların həmrəylik aksiyası - Foto

23:21  |    11 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Almaniyada yaşayan soydaşlarımız bu gün Berlində, Azərbaycan səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.

Teleqraf.com-un məlumatına görə, Berlin Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Maqdeburq Alman Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.

Əllərində Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları birlik və həmrəylik şüarları, Azərbaycana dəstək, anti-milli qüvvələrin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər. Aksiyada çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov ölkəmizin inkişafı, ildən-ilə beynəlxalq aləmdə nüfuzunun artması ilə fəxr etdiyini vurğulayıb. S.Qasımov eyni zamanda, bu uğurlu siyasətə qısqanclıqla yanaşan müəyyən dairələrin son zamanlar apardığı anti-Azərbaycan kampaniyasının təəssüf doğurduğunu qeyd edib. Avropadakı bəzi soydaşlarımızın bu çirkin təbliğat kampaniyasına qoşulmasını və onlardan istifadə olunmasını pisləyən diaspor rəhbəri aksiya iştirakçıları adından onların bu fəaliyyətinə etirazını bildirib. O qeyd edib ki, harada yaşamasından və kim olmasından asılı olmayaraq hər bir azərbaycanlı “Azərbaycan” adını uca tutmalı, vətəninə, ölkəsinə hörmət və sevgi nümayiş etdriməlidir.

Mitinqdə çıxış edən AAK-ın İdarə Heyətinin üzvü, Benilüks Azərbaycanlıarı Konqresinin sədr müavini Elsevər Məmmdəov soydaşlarımızı birliyə, həmrəyliyə çağırıb. E.Məmmədov da Avropa ölkələrindəki bəzi soydaşlarımızın Azərbaycanın dövlətçilik maraqlarına, milli mənafelərinə qarşı yönəlmiş fəaliyyətini pisləyərək, onların Azərbaycanın adına, imicinə xələl gətirmək cəhdlərini qınayıb və məqsədlərinə nail ola bilməyəcəklərini vurğulayb.

Aksiyada çıxış edən Bonndakı Alman Azərbaycan Cəmiyyətinin sədri Naibə Hacıyeva, Alman-Azərbaycan Mədəniyyət Məkrəzinin rəhbəri Faiq Məmmədov, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay və başqaları Avropadakı anti-milli qüvvələrin təhqir dolu çıxışlarına etirazlarını bildirərək, onları bütün soydaşlarımız adından danışmaqdan, təhqirdən və nalayiq ifadələr işlətməkdən çəkinməyə, azərbaycançılıq ideyası ətrafında birləşərək bütün səyləri Azərbaycan dəyərlərini, həqiqətlərini təbliğ etməyə səsləyib. İştirakçılar “Hər zaman hər yerdə səninləyik, Azərbaycan!” “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq!” “Bizim gücümüz birliyimizdədir!” “Azərbaycan qürurumuzdur, Qürurumuza toxunmayın!” “Təhqir acizlərin son silahıdır!”, “Azərbaycanın dövlət simvollarını təhqir edənlərə ar olsun!” kimi şüarlar səsləndiriblər.

Iki saatdan artıq davam edən aksiya insidentsiz başa çatıb.





Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.11.2018
Emalatxanadan sürgünə, sürgündən emalatxanaya - Ələkbər Rzaquliyevin məşəqqətli həyatı
04.11.2018
Deputat nazirin müdafiəsinə qalxdı: “Çox xarici dil bilir, ona görə...”
03.11.2018
Zamirə Hacıyevanın Londonda daş-qaşı müsadirə olundu (FOTOLAR)
02.11.2018
Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı
31.10.2018
Qulu Məhərrəmli: “Reketlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”