Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6082

Digər sorğular

"Əlillik dərəcəsinin verilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb" - Səlim Müslümov

18:06  |    11 Aprel 2018  |   E-mail  |  Çapa göndər


"Azərbaycanda əlillik dərəcəsinin verilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb".

Bunu "Report"un sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, bu proseslər bu gün tam şəffaflaşdırılıb, avtomatlaşdırılıb: "Kimin əlilliyi hansı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılır, nə vaxt aparılır, kim tərəfindən aparılır heç kəsin bundan xəbəri olmur. Əlilliyi qiymətləndirən həkim də bilmir ki, ona elektron poçtla gələn həmin Forma-88 göndərişi kimə aiddir, həmin şəxs harda yaşayır. Digər tərəfdən, insanların yaşadığı ərazi üzrə yerləşən Tibbi Sosial Ekspert komissiyaları həmin ərazidə yaşayan insanlara əlillik təyin edə bilmir. Vətəndaş məmur əlaqəsi olmayan yerdə hansısa məhdudiyyətdən söhbət gedə bilməz".

Nazirin sözlərinə görə, 2018-ci ilin birinci rübündə 10 mindən yuxarı şəxsə əlillik təyin olunub: "Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Hər hansı bir məhdudiyyət olsa yəqin ki, ötən ildəkindən az adama əlillik dərəcəsi verilərdi. Heç bir problem yoxdur, heç bir məhdudiyyətdən də söhbət gedə bilməz. Bütün tələblərə cavab verirsə şəxsə qrup təyin olunur".
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.01.2019
Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
15.01.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
14.01.2019
İctimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq
12.01.2019
Prezident: Siyahıda olan şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək