Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5703

Digər sorğular

“Aprel zəfəri böyük qələbənin başlanğıcıdır” – FOTOLAR

12:14  |    09 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Aprel döyüşlərinin ikinci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin təşkilatçılığı ilə “Aprel zəfəri – Böyük qələbəyə gedən yol” adlı tədbir keçirilib.

Aprel döyüşlərinin ikinci ildönümünə həsr olunmuş tədbirdə bu döyüşlərin iştirakçısı olmuş qazilər, ehtiyatda olan zabitlər, QHT təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri Babək İsmayılov bildirib ki, aprel döyüşləri 22 illik atəşkəs rejimindən sonra Ermənistan-Azərbaycan münaqişəsində, sonra cəbhə xəttində dönüş nöqtəsi oldu:

– Uzun bir dövrdən sonra Ermənistan ordusu haqqında yaradılmış “qalib ordu” imici darmadağın edildi. Eyni zamanda dörd günlük aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını ortaya qoydu. Əlbəttə ki, illərdir davamlı olaraq aparılan düşünülmüş dövlət siyasətinin nəticəsidir ki, ordumuzdakı ciddi nizam-intizam, yetərli müasir maddi-texniki təchizat, şəxsi heyətin ruh yüksəkliyi özünü Aprel döyüşlərində göstərdi.

Artıq əminliklə demək olar ki, Aprel zəfərindən sonra həm Azərbaycan xalqı, həm də bütün dünya Azərbaycan ordusunun Ali Baş Komandanın əmri ilə istənilən zaman işğal altındakı torpaqlarımızı azad etməyə tam hazırdır.

Biz ürəkdən inanırıq ki, Aprel döyüşləri ilə başlayan bu zəfər, Ali Baş Komandanın qətiyyətli iradəsi sayəsində böyük qələbəmizlə nəticələnəcək. O gün uzaqda deyil”.

Tədbirdə çıxış edən Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Əməkdar jurnalist, “Qalibiyyət – şahidlər və şahidlər” kitabının müəllifi Aida Eyvazlı, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal və başqaları çıxışlarında Aprel döyüşlərinin müasir Azərbaycan tarixindəki önəmli yerini qeyd edərək işğal altındakı torpaqlarımızın azad olunmasında bu zəfərin bir başlanğıc mərhələsi olacağını vurğulayıblar.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.07.2018
"Ermənilər Fransanın onları satdığını yazdı" - Şərh
21.07.2018
İŞİD burada DİRİLDİLİR: - DƏHŞƏTLİ PLAN
21.07.2018
Merkel Azərbaycana gəlir
20.07.2018
İraqın kürd prezidenti nümayişçiləri SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞDI
20.07.2018
“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram, danışıqlar üçün material var...”