Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5885

Digər sorğular

Süpürgəçi qadının “hekayəti”

11:34  |    02 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Hər kəsin içində bir Allah nuru vardır.
Onun adı VİCDANDIR...
Lev TOLSTOY

Söhrab İSMAYIL |

Həyatımız boyu bir çox gözlənilməz hadisəylə qarşılaşa bilərik. Bu hər zaman mümkündür. Bəzən ölümlə həyat, xoşbəxtliklə bədbəxtlik arasında bir saç tükü qədər məsafə olur. İnsan beşikdən məzara qədər daim bir çox şeylə- xəstəliklə, yoxsulluqla, paxıl insanlarla mübarizə aparır. Bugünkü texnoloji vasitəsilər, yeni kəşflər, dərmanlar əslində haqqında danışdığımız mübarizənin məhsuludur. Keçmişdə sağalmaz görünən müxtəlif xəstəliklərin bugün müalicəsi var. Bədənin hər nöqtəsinə həkimlər tək ürəyə enməkdə acizdirlər. Bugün bəşəriyyəti ən çox təhdid edən, QİÇS-dən, vərəmdən, xərçəngdən daha təhlükəli olan xəstəliyin adı VİCDANSIZLIQDIR!

Bəli, qarşımıza çox problem çıxa bilər. Xəstələnə, əlil ola, yaxınımızı itirə, hətta ölə bilərik. Ancaq bütün hallarda sahib çıxmalı olduğumuz və bizi insan edən yeganə sərvətimiz VİCDANDIR.

2 gün bundan qabaq əvvəl məhkumluq həyatı yaşayan Zaur Musayev idarə etdiyi “KamAZ” la süpürgəçi işləyən Cəmilə Salahovanı vurub ordan qaçıb. Qadın hadisə yerində ölüb. Sonradan polis cinayətkarı yaxalayıb. İki gündür ki, hadisə yerində ölən qadının qanlı şəkli sosial şəbəkələrdə, müxtəlif internet səhifələrində dolaşır. Hadisənin acı verən tərəfi isə, bəlkə də əvvəlki VİCDANSIZLIĞA görə məhkumluq həyatı yaşayan və buna görə VİCDANIN nə olduğunu hər kəsdən daha yaxşı bilməli olan sürücünün qanına qəltan etdiyi qadını orda qoyub qaçmasıdır.

Fikrimcə, VİCDANSIZ adam yalnız KAFİRLƏ müqayisə edilə bilər. Çünki hər ikisi üçün heç bir müqəddəs dəyər yoxdur. Tolstoyun da dediyi kimi, VİCDAN içimizdəki Allah nurunun adıdır və bu, adı çəkilən kateqoriyalardakı insanlarda olmur. Sonradan bu hissi istisna hallarda qazanmaq mümkündür, ancaq çətindir.

VİCDANSIZLIĞIN tək müalicə yolu isə ƏDALƏTDİR!

Bugün bu və bunun kimi bədbəxt hadisələrdə cavablandırılmalı olan suallar niyə təcili yardımın hadisə yerinə vaxtında getmədiyi , qadının sığortasının olub-olmadığı haqqında, həm də belə halların yenə təkrarlanması üçün görüləcək tədbirlər barədə olmalıdır. Çünki ilk baxışda şəkildən qadının qan itkisindən vəfat etdiyi nəticəsi ortaya çıxır. “Qadın qan itirəndə təcili yardım işçiləri hardaydı?” sualı cavablandırılmalı və səhlənkarlıq edənlər, insan həyatına laqeyd yanaşanlar cəzasını çəkməli, ƏDALƏT öz yerini tapmalıdır.

Müdriklərin də dediyi kimi, insanoğlu yalnız vicdanın yardımıyla ağlın öndərliyində doğru qərarlar verə bilər. Gücün vicdanın önündə olmasının nəticəsi həmişə fəlakətdir.

Unutmayaq... VİCDANIMIZ qədər İNSANIQ!

Söhrab İSMAYIL
Qazi Universitetinin magistrantı
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları