Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5703

Digər sorğular

Polad Bülbüloğlu Rusiya XİN-nə çağırıldı

17:55  |    21 Mart 2018  |   E-mail  |  Çapa göndər


Rusiyada akkreditasiyadan keçən diplomatik nümayəndəliklərin rəhbərləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, səfirlərin iştirak etdiyi görüşdə Böyük Britaniyada, Solsberi şəhərində Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı vəziyyət müzakirə olunub.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün bildirmişdi ki, keçiriləcək görüşə bütün xarici ölkələrin səfirləri dəvət olunub. Böyük Britaniyanın Rusiyadakı səfiri görüşə gəlməkdən imtina edib.

Rusiyanın Birinci telekanalının yaydığı görüntülərdə Azərbaycanın Moskvadakı səfirliyinə məxsus avtomobilin görüşün keçirildiyi ərazidə olduğu görünür.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.07.2018
"Ermənilər Fransanın onları satdığını yazdı" - Şərh
21.07.2018
İŞİD burada DİRİLDİLİR: - DƏHŞƏTLİ PLAN
21.07.2018
Merkel Azərbaycana gəlir
20.07.2018
İraqın kürd prezidenti nümayişçiləri SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞDI
20.07.2018
“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram, danışıqlar üçün material var...”