Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5473

Digər sorğular

Bakı metrosundakı erməni terrorizmi-19 mart faciəsindən 24 il ötür

13:20  |    19 Mart 2018  |   E-mail  |  Çapa göndər

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir.

Qaziler.az saytı bildirir ki, “Böyük Ermənistan “ dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksütyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya-larından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşdular . İnsanlığın əleyhinə olan həmin sənədlər planlı şəkildə həyata keçirildə və hazırda davam etməkdədir. Bu gün ki, yazımızda məqsəd erməni terrorunun qanlı nümunələrindən biri olan və Azərbaycanda metro faciələri kimi tarixə düşən həmin teraktlar haqqında “ Qarabağ” qəzetinin oxucularını məlumat verməkdi.

1994-cü il martın 19-da saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda kustar üsulla hazırlanmış və saat mexanizmi ilə təchiz edilmiş partlayıcı qurğu işə düşüb. Baş vermiş partlayış nəticəsində 14 nəfər dünyasını dəyişmiş, 49 nəfər yaralanmışdı. Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev da olub.

İstintaq nəticəsində, "Sadval" separatçı təşkilatının üzvləri həbs olunub, istintaq zamanı məlum olub ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir.



Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunmuş, onlardan ikisi barəsində məhkəmə güllələnmə hökmü çıxarmış, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunmuşdular.



Məhkəmə metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

"Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.



İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.

"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 may” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini bildirir. Rəsmi versiyaya görə Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndərib.

Bu iki partlayışda ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb.
Amma Bakı metropolitenində ən böyük insan itkisi 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb.



Yeri gəlmişkən, tarixdə ilk dəfə olaraq yeraltı nəqliyyatda terror aktı Moskva metrosunun “İzmaylovo” və “Pervomayskaya” açıq stansiyaları arasında hərəkət edən qatarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Əldəqayırma bombaya armatur qırıqları və müxtəlif dəmir əşyalar doldurulmuşdu. Hadisəni törətməkdə təqsirli bilinən 3 erməni terrorçu - Akop Stepanyan, Stepan Zatikyan və Zaven Baqdasaryan SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnib. Cinayət işinin üzərindən bu gün də məxfilik qrifi götürülməyib. Hadisənin nə məqsədlə törədildiyi bu gün də ictimaiyyətə naməlumdur. Sovet mətbuatı bu hadisə barədə 3 gün sonra məlumat yayıb.

Bu gün də terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı fəaliyyəti hərbi vasitələrlə davam etdirilir. Belə ki, 1994-cü ildən Ermənistanla atəşkəs əldə olunmasına baxmayaraq, bu ölkənin silahlı qüvvələri tərəfindən müntəzəm olaraq atəşkəs rejimi pozulur. Ancaq təəssüflər olsun ki, bütün bunların qarşısını almağa heç bir səy göstərməyən beynəlxalq ictimaiyyət Azərbaycanı qınayan, terrorçu Ermənistanı isə növbəti terror aksiyasını həyata keçirməyə həvəsləndirən bəyanatlar verməklə kifayətlənirlər.


Əntiqə RƏŞİD


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.04.2018
Prokuror tanınmış idmançıya 8 il iş istədi
20.04.2018
Eldar Mahmudov və Şıxəliyev məhkəməyə verildi YENİ DAVA AÇILDI
19.04.2018
General Novruzəli Orucovun oğlunun məhkəməsində şahid CƏRİMƏLƏNDİ
16.04.2018
400 minlik toyu olan rəis qızı ilə bağlı birinci əri ŞOK FAKTLARI AÇDI
14.04.2018
Azərbaycanlı gənc Çində birinci oldu - Foto