Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5466

Digər sorğular

“...600 milyon dollar təklif etdi, Telman satmadı...

15:58  |    18 Mart 2018  |   E-mail  |  Çapa göndər

Hazırda axtarışda olan keçmiş azərbaycanlı milyarder-oliqarx Telman İsmayılovun Antalyadakı “Mardan Palace” otelinin nümayəndəsi obyektin “Rixos Group”a satılacağı haqda xəbərləri “şaiyə” adlandırıb.

Virtualaz.org xəbər verir ki, mənbə bu haqda TourDom.ru portalına bildirib.

Telman İsmayılovun otelinin “Rixos Group”un sahibi olan türkiyəli iş adamı, əvvəllər Fətullah Gülən camaatına mənsub olmuş Fəttah Temincəyə satılması üçün danışıqlar getdiyi barədə bundan əvvəl Türkiyə mənbələri xəbər yaymışdı. Bildirilirdi ki, danışıqların nəticələri gələn həftə açıqnana bilər.

Mənbə deyib ki, “Rixos Group”un “Mardan Palace” otelinə maraq göstərməsi doğrudur, amma bunlar hələ söz-söhbət səviyyəsindədir. Və sövdələşmənin baş tutması ehtimalı azdır. “Rixos şəbəkəsi hazırda çətin ki, “Mardan Palace” otelini almaq üçün lazım olan vəsaiti tapa. Şəbəkənin müxtəlif ölkələrdə tikintisi davam edən otelləri var, onlar yarımçıqdır və maliyyə tələb edir. Hazırda “Mardan Palace” 400 milyon dollar səviyyəsində qiymətləndirilir. Əvvəl Qətərdən olan iri investor 600 milyon dollara almaq istədi, Telman İsmayılov razılaşmadı”-mənbə deyib.

Mənbənin bildirdiyinə görə otelin “Rixos Group” və ya digər şirkət tərəfindən icarəyə götürülməsi daha ağlabatandır. Lakin bu da yaxın vaxtlarda baş tutmayacaq. Çünki otel restavrasiya tələb edir, hovuzu, kondisioner sistemi və s. təmir edilməlidir. Buna da iki-üç ay vaxt lazımdır. Yəni qarşıdakı yaz-yay mövsümündə otel bağlı olacaq, deməli onu icarəyə götürməyin mənası yoxdur.

Otel boş qaldığına görə borcları da artacaq. Situasiya ona görə mürəkkəbdir ki, Telman İsmayılov oteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur.

Bundan əvvəl otelin üzərinə Türkiyənin “Halk Bank”ına olan kredit borcuna görə həbs qoyulmuşdu. T.İsmayılov otelə 1.4 milyard dollar xərcləyib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.04.2018
Yerin yumru olduğunu sübut et, 25 min qazan - Video
17.04.2018
Gələcəyə - 2039-cu ilə aid qeyri-adi tapıntı - Video
16.04.2018
Sürpriz olmayan qonaq:Piton qızın yatağına qədər getdi...
15.04.2018
Bu ev bitkisinə toxunmaq və iyləmək olmaz!
14.04.2018
Bu qolbaq sizi ölümdən xilas edəcək -YENİ İXTİRA + VİDEO