Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5893

Digər sorğular

Bloger Karlovı Varıda Allahşükür Paşazadənin mülklərini tapdığını iddia edir - Video

17:09  |    16 Mart 2018  |   E-mail  |  Çapa göndər


Tural Sadıqlı bununla bağlı facebook və youtube şəbəkələrində video yerləşdirib

Bloger Tural Sadıqlı Çexiyanın Karlovı Varı kurort şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və qardaşı Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus yaşayış binaları komplseksini aşkar etdiyini iddia edir.

Bloger Karlovı Varı şəhərində Paşazadələrə məxusus olmasını iddia etsiyi kompleksin qarşısında apardığı video çəkilişi facebook və youtube şəbəkələrində yayıb.

“Karlovı Varı şəhərində Allahşükür Paşazadə və qardaşına məxsus uzunluğu 200-250 metr olan yaşayış kompleskində yüzədək mənzil var. Yaşayış kompleksi şəhərin ən çox turist cəlb edən bahalı Libusina 2120/21 (Karlovy Vary Libušina 2120/21) ünvanında, İmperial otelinin yaxınlığındadır. Bu rayonda Hollivud ulduzları da qalır”.


Karlovı Varı Libusina 2120/21 ünvanı
Bloger həmçinin binanın giriş qapısında liftin düyməsinin üzərində “Allahşükür Paşzadə” yazılmış lövhəni də çəkib. Onun sözlərinə görə, binadakı mənzillərdə əsasən rus ailələri yaşayır.

“Allahşükür Paşazadə və onun Milli Məclisin deputatı olan qardaşı Cavanşir Paşazadənin maaşı ilə bu qədər bahalı mülkə sahib olmaq mümkündürmü?” o hökumətdən sual edir.

Blogerin yaydığı videioreportajla bağlı Qafqaz Müsəlmanları İdarəsindən şərh almaq mümkün olmayıb.


Karlovı Varı Libusina 2120/21 ünvanı
Bir neçə ay öncə də mediada Allahşükür Paşazadə və qardaşı Cavanşir Paşazadənin Karlovı Varıdakı mülkləri barə məlumatlar dərc olunub.

Cavanşir Paşazadə həmin məlumatları təkzib edib. “Yayılan xəbərlər həqiqəti əks etdirmir. Tamamilə yalandır. Bizim orada əmlakımız yoxdur”, o qeyd edib ("Amerikanın səsi").









Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ
18.10.2018
Müstəqilik deyibən realda da müstəqil olmağa çalışaq!
18.10.2018
Sabahın hava PROQNOZU