Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6082

Digər sorğular

Binəli Yıldırımdan Qarabağ qazisinə hədiyyə - FOTO - VİDEO

17:39  |    16 Mart 2018  |   E-mail  |  Çapa göndər


Qarabağ müharibəsində gözünü və ayağını itirən Azərbaycan qazisi kapitan Kamil Musəvi Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.

Qaziler.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 6-cı Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn baş nazirlə qazi arasında səmimi söhbət olub.

B. Yıldırım Qarabağ müharibəsində ayağını və gözünü necə itirdiyini izah edən Musaviyə əzmindən və iddiasından heç bir şey itirmədiyini söyləyib. Qazinin “ayaqsız və gözsüz yaşamaq mümkün olsa da, vətənsiz yaşamaq mümkün deyil” sözləri naziri duyğulandırıb.

Kamil Müsəvinin Türkiyənin “Zeytun budağı” əməliyyatı haqqında hazırladığı videonu izlədiyini deyən Yıldırım “İnşallah, Qarabağ da bir gün düşmənlərdən təmizlənər” ifadələrini işlədib.

Kapitan Müsəvi söhbət əsnasında kitablardan oxuduğu Çanaqqala savaşında türk və fransız əsgəri arasında yaşanan hadisəni xatırlayıb:

Çanaqqala savaşı zamanı bir türk əsgəri paltarını cıraraq yaralı olan fransız əsgərinin yarasını sarıdı. Türk əsgəri bildirmişdi ki, onun cibindən qadın şəkili düşdüyünü görüb. “Anasının şəkili olduğunu düşündüm. Onun gözləyəni var idi. Mənim isə yox. Ona görə həmin əsgərə kömək etdim” sözlərini xatırladıb.

Qazi hadisəni davam edərək bildirdi ki, fransız generallarından biri hərb tarixində belə bir hadisənin analoqunun olmadığını deyib.

Görüşdən sonra baş nazir qazi Müsəviyə Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu lövhə və öz təsbehini hədiyyə edib.



Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.01.2019
Məmmədyarov-Mnatsakanyan görüşü 4 saatdan çox davam edib
16.01.2019
Ermənistanın strateji planlarında Cavaxetiya məsələsi - ARAŞDIRMA (I YAZI)
16.01.2019
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16.01.2019
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
15.01.2019
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozini qəbul edib