Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5620

Digər sorğular

Deputat şəhid ailəsini ziyarət etdi

15:33  |    14 Mart 2018  |   E-mail  |  Çapa göndər


Milli Məclisin deputatı Sona Əliyeva “Aprel döyüşləri”ndə 19 yaşında şəhid olmuş Şəmkirin Tatarlı kənd sakini Nurlan Qasımovun ailəsinə baş çəkib.

Qaziler.az bildirir ki, Modern.az-ın məlumatına görə, Sona Əliyeva Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun layihəsi çərçivəsində “Aprel şəhidləri”nin xatirəsinə hörmət əlaməti olaraq yeniyetmə gənclər tərəfindən çəkilmiş portreti şəhidin ailəsinə təqdim edib.

Deputat şəhidin atası Cəmil Qasımov və anası Südabə xanımın gündəlik qayğıları ilə tanış olub.

Qeyd edək ki, Nurlan Qasımovun şəhadətə ucalandan sonra ailədə yeni qız uşağı dünyaya gəlib. Balaca Fidan artıq 9 aylıqdır. Fidanın valideynləri deyib ki, Tanrının payı olan körpə onların ailəsinə yeni qayğılar, sevinc gətirib.

Millət vəkili Sona Əliyeva qarşıda gələn Novruz bayramı münasibəti ilə Qasımovlar ailəsini təbrik edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Parada hazırlıq: Bakıda məşqlər başladı
18.06.2018
Kələki - tarixə düşmüş kənd - VİDEO
18.06.2018
Sabahın hava PROQNOZU
18.06.2018
Azərbaycanda bank sədrinin müavini 100 milyon manatla ölkədən qaçdı
17.06.2018
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına toy sürprizi - Video