Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5620

Digər sorğular

Çavuşoğlu Moskvadan ABŞ-ı hədələdi: “Güləni bizə verməsəniz…”

20:20  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər

“İncirlik Türkiyənin bazasıdır, bu, NATO-nun bazası deyil və amerikalıların orada olması türk xalqının iradəsindən asılıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələriylə görüş zamanı Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

“Maraqlıdır ki, son zamanlar ABŞ YPG qruplaşmasına silah çatdırır. Həmçinin ABŞ Fəthullah Gülən və onun tərəfdarlarını Türkiyəyə vermir. Biz amerikalı həmkarlarımızla açıq danışdıq: əgər siz onları bizə verməsəniz, onda xalq tələb edir ki, sizin bazanızı bağlayaq”, - Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı əlavə etdi.

Daha əvvəl “Wall Street Journal” qəzeti İncirlik təyyarə bazasından Amerika döyüş təyyarələrinin əməliyyatlarının dayandırıldığı barədə yazıb. Nəşrin versiyasına görə, bu, Ankara və Vaşinqtonun münasibətlərindəki gərginliklə bağlıdır. Nəşrin ABŞ hərbi komandanlığındakı mənbəyinin sözlərinə görə, Amerika qoşunları türk hərbi bazasını qəti tərk edə bilər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Mövlud Çavuşoğlu: Türkiyə və ABŞ silahlı birləşmələri...
18.06.2018
Pompeo Lavrova zəng etdi: Suriya...
18.06.2018
Dünya Çempionatındakı Rusiyanın təşkilatçılıq qüsuru
16.06.2018
Zaxarovanın bu fikri ikrah hissi doğurur - Trend
16.06.2018
İrandan Türkiyənin Qəndil əməliyyatına - Reaksiya