Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

Britaniya baş naziri Rusiyanı hədələdi: “Cavabımız Putin üçün qəfil və qorxunc olacaq...”

17:45  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər


Martın 4-də SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripal və qızı Yulyanın Londonda kimyəvi maddə ilə zəhərlənməsi hadisəsi dünya gündəminin aparıcı mövzularından biri olaraq qalır.

Musavat.com xatırladır ki, London parklarının birində ata və qızını sinir sistemini iflic edən naməlum toksik maddə ilə zəhərləyiblər. Onlar bağda huşsuz vəziyyətdə tapılıblar və hazırda vəziyyətləri ağır olaraq qalır.

Bu olay Britaniya hüquq-mühafizə orqanları ilə yanası, bütövlükdə rəsmi London tərəfindən dərhal nəzarətə götürülüb, hələ tədqiqat başa çatmamış sui-qəsddə “Rusiya izi və dəst-xətti”nin olması haqda rəy yaranıb. Zəhərli maddənin mənşəyi dəqiqləşəndən sonra aydın olub ki, bu maddə yalnız Rusiyada istehsal olunur.

Beləliklə, sui-qəsddə Moskvanın adı artıq daha ucadan hallanmağa başlayıb və məsələ böyüyüb. Dərhal Rusiya XİN-dən izahat tələb edilib. Rusiya səfiri İngiltərə XİN-ə çağırılıb və ondan izahat istənilib.

*****

Nəzərə alsaq ki, London-Moskva münasibətləri onsuz da sərindir, o zaman hadisənin iki ölkə arasında növbəti, daha böyük siyasi qalmaqal yaradacağı ehtimalı artır. Bunu Böyük Britaniyanın baş naziri Tereza Meyin hadisə ilə bağlı parlamentin Böyük İcmalar Palatasında etdiyi çıxış da təsdiqləyir.

Musavat.com həmin çıxsın tam mətnini əldə edib. Aktuallığını nəzərə alaraq, onun tərcümə variantını təqdim edirik: “4 mart tarixində, Sergey Skripal və qızı Yulia Skripal Britaniyanın Salisberi şəhərində zəhərləniblər və hal-hazırda vəziyyətləri ağır olaraq qalır. Böyük Britaniya belə bir nəticəyə gəlib ki, cənab Skripal və onun qızı Rusiya tərəfindən hazırlanmış silah növü olan “Noviçok” adlı əsəb sisteminə təsir edən kimyəvi maddə ilə zəhərləniblər. Bu nəticə Porton Dounda yerləşən Müdafiə Elmləri və Texnologiya Laboratoriyasının ekspertləri tərəfindən “Noviçok” kimyəvi maddəsinin müəyyən olunmasına, eləcə də Rusiyanın dövlət səviyyəsində sui-qəsdləri və onun qarşı tərəfə keçənləri ciddi hədəf kimi görməsi barədə qiymətləndirməmizə əsaslanır.

Britaniyanın xarici işlər naziri martın 12-də Rusiyanın Londondakı səfirini çağırıb ona bu məsələnin iki izahı ola biləciyin bildirib: ya Rusiya Britaniyanın ərazisində kimyəvi silahdan istifadə edərək sui-qəsdə cəhd edib, ya da Rusiya sinir sisteminə təsir edən kimyəvi maddələr ehtiyatına nəzarəti itirib. Nazir Rusiyadan Britaniyaya və Kimyəvi Silahlara Qadağa Təşkilatına (KSQT) öz ehtiyatları üzərində nəzarəti necə itirdiyini izah etməyi tələb edib. O, həmçinin, Rusiyanın “Noviçok” proqramı barədə KSQT-a geniş və tam hesabat verməli olduğunu bildirib. Əgər Rusiya hökuməti buna əməl etməzsə, biz bu hadisənin Britaniya torpağında Kimyəvi Silahlar haqqında Konvensiya və beynəlxalq hüququ pozaraq və qadağan olunmuş silahdan istifadə edərək dövlət tərəfindən təşkil olunmuş sui-qəsd cəhdi olduğu nəticəsinə gəlməli olacağıq.

Qənaətbəxş cavab olmazsa, Britaniya hökuməti bu hadisəni Litvinenkonun qətlindən sonra Rusiyanın Birləşmiş Krallığın ərazisinə qarşı ən ciddi pozuntu saymalı olacaq. Hücuma məruz qalan polis zabitinin (Skripalın – red.) ciddi sağlamlıq problemləri davam edir və ümumilikdə 24 nəfər tibbi müalicə alıb. İstintaqa və kimyəvi maddənin yayıldığı ərazinin təhlükəsizliyini təmin etməyə yardım etmək üçün əraziyə yüzlərlə xüsusi qoşun cəlb olunub.

Bu dəhşətli və ölçüsüz cinayət hadisəsindən həmin ərazidə yaşayan sizin ölkənizin vətəndaşları da eyni dərəcədə təsirlənə bilərdilər. Bu, “casusa qarşı casus” məsələsi deyil. Bu, bir dövlətin digər dövlətə qarşı qadağan olunmuş kimyəvi silahdan fərq qoyulmadan istifadə eləmklə təşkil olunmuş hücumu idi. Biz bu hadisəyə demokratik dəyərlərimizə və qanunun aliliyi prinsipinə söykənən, hərtərəfli və müvafiq ölçüləri özündə ehtiva edən qarşılıqlı cavab verəcəyik. Lakin bu, sadəcə ikitərəfli məsələ də deyil. Müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən koordinasiya edilmiş hərəkətlər həyati əhəmiyyət daşıyır.

Sergey və Yuliya Skripalların zəhərlənməsi Rusiyanın hüquqa əsaslanan beynəlxalq sistemi müntəzəm olaraq dağıtmasını hədəfləyən oturuşmuş rus fəaliyyət modelinin tərkib hissəsidir. Rusiyanın ardıcıl və artan tempdə olan bu addımları qanuna tabe olan beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır.

Suriyada dəhşətli dağıntı Rusiyanın dəstək verdiyi Əsəd rejimi və Rusiya hərbçilərinin özünün birbaşa iştirakı ilə mülki vətəndaşlar üzərində tətbiq olunub. Krımın qeyri-qanuni ilhaqı ilə Rusiya II Dünya Müharibəsindən sonra ilk dəfə zor gücü ilə Avropa sərhədlərini dəyişib. Rusiyanın Salisberidə həyata keçirdiyi akt 1945-ci ildən sonra Avropada əsəb sistemini iflic edən kimyəvi maddədən ilk istifadə hadisəsidir. Buraya Putinin rəhbərliyi altında Rusiya dövlətinin kiber-aləmdə və digər sahələrdə həyata keçirdiyi cinayət hadisələrini də əlavə etmək lazımdır. Biz kollektiv olaraq cavab verməli və öz vətəndaşlarımızı əmin etməliyik ki, Rusiyanın ölkələrimiz, maraqlarımız və dəyərlərimiz əleyhinə olan düşmən fəaliyyətinə dözməyəcəyik. Bizim atacağımız birgə addımlar Putinin gözləmədiyi və qorxduğu bir hadisə olacaq”.

Musavat.com xatırladır ki, Rusiya XİN artıq məsələ ilə bağlı rəsmi Londonun ittihamına cavab verib. Gözlənildiyi kimi, ittihamlar rədd edilib, XİN sözçüsü Mariya Zaxarova iddiaları hətta Britaniyanın Rusiya əleyhinə “növbəti uydurması” adlandırılıb.

Lakin fakt budur ki, Moskva hələ üzün müddət altından çıxa bilməyəcəyi növbəti faktla, ittihamla üz-üzədir. Baş nazir Tereza Meyin parlamentdəki sərt çıxışını isə London-Moskva münasibətlərinin daha da pisləşəcəyinin anonsu ilə yanaşı, həm də Rusiyanın ünvanına səslənən hədə-xəbərdarlıq mesajı saymaq olar.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Türk aviasiyası İraqı vurdu: 24 ölü
22.06.2018
G-7 toplantısında TRAMP MERKELƏ QƏND ATIB
22.06.2018
YPG Menbiçdən çıxır ABŞ rəsmisindən ikibaşlı bəyanat
22.06.2018
“Taym” jurnalının ÜZ SƏHİFƏSİNDƏ TRAMPİN İRQÇİ SİYASƏTİNƏ TƏNQİD
22.06.2018
İran nüvə sazişindən çıxmağa hazırlaşır