Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

Türkiyə və Rusiya prezidentləri "Akkuyu" AES-in təməlqoyma mərasimində iştirak edəcəklər

16:52  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimində iştirak edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) tələbələri və müəllimləri qarşısında çıxış edərkən bildirib.

"Aprel ayının əvvəlində Türkiyədəki ilk Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi olacaq və iki prezident orada iştirak edəcək", - M.Çavuşoğlu deyib.

Onun sözlərinə görə, təməlqoyma mərasimi aprelin 3-4-də keçiriləcək Ali Əməkdaşlıq Şurası çərçivəsində baş tutacaq.

Nazir söyləyib ki, Türkiyə-Rusiya əlaqələri sürətlə inkişaf edir.

Qeyd edək ki, "Akkuyu" AES Rusiya layihəsi üzrə inşa olunur. Layihəyə əsasən, stansiyada hər biri 4800 MVt gücə malik 4 enerji bloku fəaliyyət göstərəcək. Layihənin dəyəri 20 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

AES Mersin vilayətində Aralıq dənizi sahillərində inşa ediləcək. İşlərin 2021-ci ildə başa çatacağı planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Türk aviasiyası İraqı vurdu: 24 ölü
22.06.2018
G-7 toplantısında TRAMP MERKELƏ QƏND ATIB
22.06.2018
YPG Menbiçdən çıxır ABŞ rəsmisindən ikibaşlı bəyanat
22.06.2018
“Taym” jurnalının ÜZ SƏHİFƏSİNDƏ TRAMPİN İRQÇİ SİYASƏTİNƏ TƏNQİD
22.06.2018
İran nüvə sazişindən çıxmağa hazırlaşır