Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5564

Digər sorğular

“Ordumuzun təlimləri ermənilərə xəbərdarlıqdır” - Yaya kimi hərbi əməliyyatlar başlaya bilər

16:07  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər


“Dağlıq Qarabağ danışıqlarını uzatmaq üçün ola bilər ki, prosesin aparılması yeni prezident Armen Sarkisyana tapşırılsın”.

Bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az saytına açıqlamasında deyib:


“Qarabağ münaqişəsini nizama salmaq üçün danışıqları kimin aparacağını deyə bilmərəm. Sadəcə olaraq Ermənistanın Konstitusiya dəyişikliklərinə görə, prezidentin təkcə rəmzi səlahiyyətləri var. Yəni o, nə xarici siyasəti müəyyənləşdirir, nə də təhlükəsizlik məsələlərinə cavabdehdir. Bu baxımdan Ermənistan prezidentinin danışıqları aparmaq səlahiyyəti yoxdur. Ermənistanda Konstitutusiya dəyişiklikləri tərtib olunandan sonra birinci şəxs baş nazirdir. Ancaq bu parlamentdən də asılıdır. Parlament Ermənistan adından danışıqların aparılması üçün kimə istəyirsə, səlahiyyət verə bilər”.


Deputat qeyd edib ki, Armen Sarkisyanın Qarabağ danışıqlarını aparacağı halda, daha faydalı ola biləcəyini demək çətindir:


“Sadəcə, Ermənistan oyun oynamaq istədiyi halda bu cür dəyişiklik edə bilərlər. Yəni yeni prezident təzədən danışıqlara başlayacaq və bu da onlara vaxt qazandıracaq. Danışıqları uzatmaq üçün ola bilər ki, prosesin aparılması Armen Sarkisyana tapşırılsın. Bizim üçün isə fərqi yoxdur. Lap istəyirlər, danışıqların aparılması üçün gətirib müqəvva qoysunlar. Əsas odur ki, Dağlıq Qarabağla bağlı danışıqları uzatmaq və oyun oynamaq vaxtı bitib. Azərbaycan bunu birmənalı şəkildə həm Ermənistana, həm də onu müdafiə edən himayədarlarına deyib. Vaxt yoxdur”.



R.Musabəyov bildirib ki, Azərbaycan adətən hərbi təlimləri böyük əməliyyat qabağı aparır:


“Bu baxımdan reallaşan təlimlər də ermənilərə oyun oynamaq niyyətində olmadığımızın xəbərdarlığıdır. Təlimlər texnikanı cəbhə xəttinə yaxınlaşdırmaq deməkdir. Bu da siqnaldır. Prezident seçkiləri bitəndən sonra normal nəticəyə hesablanan danışıqlar aparılacağı halda, vaxt var. Əks halda, düşünürəm ki, biz yaya kimi hərbi əməliyyatlara başlayacağıq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Cəbhədə düşmən təxribatı davam edir
24.05.2018
Qənirə Paşayeva İndoneziyalı nazirlə görüşdə ermənilərin qətlə yetirdiyi körpələrdən danışıb
24.05.2018
"Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq" - Donald Tramp
24.05.2018
Atəşkəs rejimi 100 dəfə pozulub
24.05.2018
“Qaçqınkom”un yeni sədri kəlbəcərli girovların məsələsini qaldırdı