Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6081

Digər sorğular

"Kurtlar Vadisi"nin "Ömər Baba"sı Musiqili Teatrda

19:39  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər


Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında "Ömər Baba" obrazı ilə yadda qalan Emin Olcay və müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrda olub.

Teatrın mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, qonaqları teatrın direktor müavini Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.

Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm səhnəsində quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan “Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasının məşqlərinə baxıblar.

Növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildirən hər iki tanınmış qonaq məşq prosesini izləyərkən də heyranlıqlarını gizlətməyiblər. İstedadlı yazıçı Tuncer Cucenoğlu yaxın gələcəkdə onun əsərlərinin də bu teatrın möhtəşəm səhnəsində tamaşaya qoyulacağına ümidvar olduğunu dilə gətirib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.01.2019
Təbriz-Bakı-Təbriz aviareysi açıldı
10.01.2019
Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb
08.01.2019
Doha-Bakı-Doha aviareysi ləğv edildi
27.12.2018
Azərbaycanda iki tikinti şirkəti birləşib
26.12.2018
Tanınmış telejurnalistə ağır itki üz verdi