Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

09:03  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

APA-nın xəbərinə görə, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.

Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir.

Xanımlar uşaqlar üçün təzə paltar tikir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da qeyd edilib.

Martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Etimad Əsədovun fotoları müqəddəs Kərbəlada - FOTO
20.10.2018
Hadi Rəcəbli dilənçilərdən DANIŞDI:“...əməklə məşğul olmağa yönləndirmək lazımdır”
19.10.2018
Gender əsaslı cinsi seçimin qarşısının alınması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub
19.10.2018
Gender əsaslı cinsi seçimin qarşısının alınması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub
19.10.2018
"Azərbaycanda qadınların orta ömrü 78, kişilərin isə 73 yaşdan çoxdur" - NAZİR