Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6021

Digər sorğular

Həyətdə şəhid məzarları var və... - Video

03:16  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər

Hacıqabul rayonu Qubalı Baloğlan kəndi ərazisindəki naməlum türk məzarlığına kənd sakini Nigar Əkbərova özü qulluq edir.

Çünki məzarlıq elə bu qadının həyətində yerləşir. Qubalı Baloğlan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olub. Bu kənd Bakı istiqamətindən gələn daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara daha çox məruz qalıb. O vaxt şəhid olan 6 türk əsgəri, 6 yerli döyüşçünün məzarı nigar əkbərovanın həyətindədir.

Xəzər xəbər-in məlumatına görə, 75 yaşı var, çətinliklə hərəkət etsə də bu şəhid məzarlarına özü qulluq edir.

1918-ci ildə ermənilərin Azərbaycanın ərazilərinə hücum edərək vətəndaşlarımızı kütləvi şəkildə qırdığı zaman onlara qarşı döyüşlərdə şəhid olanların qəbirləri Hacıqabulun Qubalı Baloğlan kəndinin sakini Nigar Əkbərovanın həyətindədir.

Qubalı baloğlan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olub. Həmin il, mayın 2-ci yarısında Bakı istiqamətindən gələn daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara bu kənd daha çox məruz qalıb. Həmin vaxt Azərbaycana dəstəyə gəlmiş 5-ci Qafqaz İslam Ordusunun döyüşçüləri Nuru paşanın başçılığı ilə qəhrəmancasına vuruşmaqla itkilərə də məruz qalıb. 6 türk əsgəri, 6 yerli döyüşçü şəhid olub və hamısı bu həyətdə dəfn olunublar.

Nigar Əkbərova atasının ona tapşırdığı bu qəbirləri göz bəbyi kimi qoruyur. Məzarların üstünü daim silir, ətrafı kol kosdan təmizləyir.

Hazırda 12 məzarın yerində Türkiyənin azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə abidə-kompleksi inşa olunub. Şihid məzarları sakinlər də ziyarət edir.

Abidə-kompleksin divarına Qazi Nuru paşanın sözləri də həkk edilib. Həm Azərbaycanın, həmdə Türkiyənin bayraqları ucaldılıb.

">




Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.12.2018
Xəstə Qarabağ əlilinə və oğluna həkimlər kömək etmir, Səhiyyə Nazirliyi isə onu aldadır
18.12.2018
BAŞQALARI ÜÇÜN YAŞAYANLAR
18.12.2018
Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb - FOTO - VİDEO
18.12.2018
“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabının təqdimatı keçiriləcək
18.12.2018
Anar Məmmədov həbs olunur - Millət vəkili açıqlama yaydı