Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

“Türkiyə həm Yunanıstanı, həm də ABŞ-ı geri çəkilməyə vadar etdi”

19:39  |    12 Mart 2018  |   E-mail  |  Çapa göndər

Natiq Miri: “Baş verənlər göstərdi ki, Türkiyənin qarşısından qaçmayacaq dünya gücü yoxdur”

Son günlər Yunanıstanla Türkiyə arasında münasibətlərin gərginləşməsi, tərəflərin bir-birini dolayısı ilə müharibə ilə hədələməsi müşahidə edilməkdədir.

Türkiyənin Suriyada terrorizmə qarşı genişmiqyaslı mübarizəyə start verdiyi bir zamanda Yunanıstanda anti-Türkiyə bəyanatlarının artması təsadüfidirmi? Baş verənlər Türkiyəyə qarşı beynəlxalaq güclərin yeni təzyiq vasitəsi hesab edilə bilərmi?

Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri yaşananları təsadüf hesab etmədiyini söylədi:

“Mən baş verənləri təsadüfi hesab etmirəm. Yunanıstan düşünür ki, Türkiyənin başı ciddi şəkildə Suriyada keçirilən hərbi əməliyyatlara qarışıb. Bu vəziyyətdən istifadə edərək Egey dənizində hər iki Kiprin təsir zonası sayılacaq məkanda yeni qaz mərkəzlərinin tapılması üçün İtaliya şirkətlərin biri ilə razılaşaraq orada araşdırma aparmağa qərar verdi. Türkiyə isə bununa bağlı öz sərt mövqeyini ortaya qoydu. Rəsmi Ankaranın mövqeyi göstərdi ki, Türkiyənin bu məsələni unudacağı, yaxud arxa plana keçirəcəyini düşünən Yunanıstan ciddi mənada yanılıb. Türkiyənin sərt mövqeyi yunan hakimiyyətini geri çəkilməyə vadar etdi. İtalyan şirkətinə məxsus gəmilər Egey dənizini tərk etməli oldu. Bundan sonra dövriyyəyə ABŞ-a məxsus gəmilərin Egey dənizinə gəlməsi ilə bağlı məlumat yayıldı. Qeyd edildi ki, neft-qaz axtarışı həyata keçirən gəmiləri 6 hərbiləşdirilmiş gəmi müşayiət olunur. Ankara bu məsələdə də sərt mövqe ortaya qoydu və bildirdi ki, ABŞ-ın gələcəyi varsa, görəcəyi də var. Bundan sonra ABŞ tərəfi bölgəyə sadəcə araşdırma yönündə səfər etdiklərini və hərbi niyyətlərinin olmadığını bəyan etməklə Türkiyənin qarşısından geri çəkildi. Türkiyə öz qətiyyətli duruşu ilə göstərdi ki, onun qarşısından qaçmayacaq dünya gücü yoxdur”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
28.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
26.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia
25.07.2018
"Jara"dan Zaranın tədbirdə iştirakı ilə bağlı - Açıqlama