Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5627

Digər sorğular

“Şahbaz gəzə bilmir, vəziyyəti pisdir” - Girovun qardaşı

19:18  |    12 Mart 2018  |   E-mail  |  Çapa göndər

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi saytında kəlbəcərli girovlar – Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsinə dair faktlar göstərilib.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev AzVision.az-a açıqlamasında işgəncə faktlarını təsdiqləyib.

O, qardaşının vəziyyətinin pis olduğunu deyib: “Qardaşıma və Dilqəmə işgəncə verilməsindən xəbərim var. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hər dəfə bizə onların yaxşı olduğunu, nəzarət altında saxlanıldığını deyirlər. Amma mən yaxşı bilirəm ki, onların vəziyyəti pisdir. Deyəsən, bu gedişlə girovların meyitlərini alacağıq. Bu qədər işgəncəyə insan necə dözsün?! Şahbaz son məktubunda xəstə olduğunu, gəzə bilmədiyini yazıb. O, heç yemək yeyə də bilmir. Ödünü çıxarıblar, vəziyyəti çox pisdir”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.06.2018
"Atası gələndən sonra toy edəcək..."- Dilqəm Əsgərovun qardaşı...
20.06.2018
Markedonov “açar Moskvada deyil” deməklə blef edir...
20.06.2018
Cəbhədə erməni təxribatı: Qazax və Tovuz atəşə tutuldu
20.06.2018
Karabakh.tv Şirin Mirzəyev haqqında veriliş hazırladı - VİDEO
19.06.2018
“Azərbaycan cəbhənin Xocavənd istiqamətində pilotsuz təyyarəmizi vurdu” - Erməni tərəfi