Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

Təhsil Nazirliyi və DİM Yevlaxda baş verən qəza barədə birgə məlumat yayıb

17:47  |    11 Mart 2018  |   E-mail  |  Çapa göndər


Kəllə-beyin travması alan bir şagird və məktəb əməkdaşının müalicəsi üçün Bakıdan həkim briqadası ezam olunub

Bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib.

Qaziler.az-ın məlumatına görə, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yaydığı birgə məlumatda qeyd edilir ki, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. Qəza nəticəsində “kəllə beyin” travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub. Hazırda Təhsil Nazirliyinin və DİM-in rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar: "Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmalarını arzu edirik!".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Konstitusiya Məhkəməsində dollar kreditlərilə bağlı qərara yalnız bu hakim etiraz edib
24.09.2018
Jurnalist İlham Əliyevə müraciət etdi: Niyə 200 adamın çörəyinin baiskarı kimi təqdim olunmalıyam?
24.09.2018
"ARB 24"ün yayımı dayandırıldı - SƏBƏB
24.09.2018
Fədayə Laçın mahnı oxudu, şahid dustaq ifadəsini dandı: "Qara dustağam mən"
24.09.2018
Sabahın hava proqnozu açıqlanıb