Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6020

Digər sorğular

Şahbaz və Dilqəmə işgəncələr verilir: faktlar Avropa İnsan Haqları Məhkəməsinə göndərildi

23:59  |    10 Mart 2018  |   E-mail  |  Çapa göndər

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi internet saytında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsi faktları göstərilib.

Dilqəm Əsgərovun vəkili Anar Bağırov bu məlumatları təsdiqləyib:

"Onlara daim işgəncələr verilir. Bu yeni hadisə deyil və bizdə məlumatlar var. Bu məsələ ilə bağlı bütün məlumatlar mütəmadi olaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Bu cür məlumatlar bizə daxil olan kimi məhkəməyə göndəririk ki, işin baxılmasını tezləşdirsinlər".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.07.2018
Gəncə hadisələrinə görə həbs olunanların adları bilindi
31.07.2018
Prezident Əli Həsənovu təltif etdi - RƏSMİ
30.07.2018
Gəncə olayı: 4 nəfər məhv edildi, 61 nəfər... - Rəsmi
28.07.2018
Komandalar artilleriya atışlarını məşq etdirdilər
28.07.2018
Astarada avtomobil yolunun tikintisi ilə bağlı SƏRƏNCAM