Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6018

Digər sorğular

Sərkisyan artıq dəfələrlə bildirib ki... - İsveçrə mediası

01:40  |    10 Mart 2018  |   E-mail  |  Çapa göndər

Ermənistanın yeni prezidenti gələcəkdə dövlətin ikinci adamı olacaq və bu da onun sələfinin işinə yarayır. Cənubi Qafqaz respublikası özünü Rusiya və Avropa İttifaqı arasında balanslaşdırmağa çalışır.

Axar.az xəbər verir ki, bu fikir İsveçrənin nüfuzlu “Neue Zürcher Zeitung” qəzetində Ermənistanda bu yaxınlarda keçirilmiş prezident seçkilərinin təhlil olunduğu məqalədə əksini tapıb.

Məqalənin müəllifi Markus Akeret qeyd edir ki, Ermənistanda yeni dövlət başçısının seçilməsinə baxmayaraq, ölkədə ara qarışmadı. Lakin on il bundan əvvəl Serj Sərkisyan bu vəzifəyə seçilərkən ölkəni etiraz dalğası bürümüş və bu etirazlar amansızcasına yatırılmışdı. Hətta beş il bundan əvvəl də Sarkisyanın rəqibləri öz tərəfdarlarını küçəyə çıxarmış, ölkədə siyasi ab-hava gərginləşmişdi. Bu dəfə isə hər şey başqa cür oldu: kiçik Qafqaz ölkəsində dövlət başçısı bu dəfə xalq tərəfindən birbaşa deyil, parlament tərəfindən seçildi.

Ermənistandakı siyasi mühitlə yaxından tanış olan müəllif qeyd edir ki, dövlət rəhbərliyində paradiqma dəyişikliyi simvolik xarakter daşıyır. Serj Sərkisyanın təqdimatı əsasında seçilən yeni prezident Armen Sərkisyan gələcəkdə yalnız təmsilçilik funksiyaları ilə məhdudlaşan bir vəzifəni icra edəcək. Ölkədə əsas hakimiyyət isə eyni zamanda ali baş komandan səlahiyyətlərini daşıyan Baş nazirin əlində cəmləşəcək. Artıq prezident seçkilərində iştirak etmək hüququ olmayan Serj Sərkisyan 2015-ci ilin dekabr ayında konstitusiya dəyişikliyinə nail oldu. Konstitusiya dəyişikliyinin rəsmi əsaslandırılması bundan ibarət oldu ki, bu yolla ölkədə demokratiya daha da gücləndiriləcək. İlk baxışdan parlamentin və partiyaların səlahiyyətlərinin artırılması plüralizmin güclənməsi və bir şəxsin iradəsi ilə idarə olunan ölkədə tək adamın hakimiyyəti modelindən uzaqlaşma təəssüratı yaradırdı. Lakin aydın oldu ki, vəzifəsi ilə vidalaşmaqda olan prezident bu yolla yalnız özünə hökumətdə yeni güc bazası yaradır. Serj Sərkisyan artıq dəfələrlə bildirib ki, aprel ayında vəzifə səlahiyyətlərini yeni seçilmiş prezidentə təhvil verdikdən sonra hökumətin başında da dayana bilər.

Məqalədə qeyd edilir ki, Ermənistanın yeni prezidenti Armen Sərkisyanın sələflərinin siyasətinə sadiq qalacağı gözlənilir. O, ömrünün böyük hissəsini Böyük Britaniyada keçirib, 1980-ci illərdə fizika müəllimi kimi, daha sonra isə Ermənistanın bu ölkədəki səfiri kimi fəaliyyət göstərib. O, eyni zamanda, qısa müddət ərzində Ermənistanın baş naziri postunu tutub, biznes fəaliyyəti göstərib, xaricdəki siyasi elita ilə sıx əlaqələrinə görə diaspor məsələləri ilə də məşğul olub.

Müəllif bildirir ki, Ermənistanın xarici siyasətində Rusiyadan asılılıq bariz şəkildə özünü göstərir. Çox çək-çevirdən sonra keçən ilin sonunda Avropa İttifaqı ilə tərəfdaşlıq sazişini imzalamasına baxmayaraq, ölkənin xarici siyasətinin oxları Moskva istiqamətini göstərməkdədir. Avrasiya İttifaqına qoşulmaq Ermənistana faydadan çox zərər gətirdi.

Məqalədə diqqətə çatdırılır ki, Ermənistan xarici siyasətini balanslaşdırmağa çalışır. Serj Sərkisyan Türkiyə ilə yaxınlaşmağa cəhd göstərmiş, 2009-cu ildə bu ölkə ilə Sürix protokolları imzalamışdı, lakin bu cəhd uğursuz oldu. Bir neçə gün əvvəl isə Sarkisyan bu sənədin tamamilə etibarsız olduğunu bəyan etdi. Rusiyanın Azərbaycana silah satışı da ermənilərin Rusiyaya qarşı qəzəbinə səbəb olub. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin daxili siyasətində yenidən “qırılma xətləri” gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
27.07.2018
Köçəryan istintaqa ifadə verir