Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

İrəvan çalxalanır: Sərkisyanın çirkli biznesi ortaya çıxdı – Foto

18:58  |    09 Mart 2018  |   E-mail  |  Çapa göndər

Ermənistanın yeni prezidenti Armen Sərkisyanın Serj Sərkisyanla biznes ortaqlığı və Ermənistana neft məhsullarının idxalından əldə edilən pulların yuyulması işinə birincinin rəhbərlik etməsi Ermənistanı qarışdırıb.

Axar.az xəbər verir ki, bu haqda Ermənistanın Daşnaksütun Partiyasının üzvlərindən biri Romik Manukyan sosial şəbəkədəki hesabında yazıb.

“Armen Sərkisyan Serj Sarkisyanın çirkli biznesini idarə edən şəxsdir və başqa hakimiyyət ortağının seçilməsi Serj Sərkisyanın səhvi olardı”, - R.Manukyan qeyd edib.

Seçim prosesində Armen Sərkisyana dəstək verən Daşnaksütun Partiyasının sonradan belə bir mövqe sərgiləməsi erməni ictimaiyyətində çaşqınlıq yaradıb.

Bununla bağlı Ermənistan mətbuatında yayılan məqalədə qeyd olunub ki, prezident idarəetmə sistemindən parlament idarəçiliyi sisteminə keçməklə baş nazir postuna yiyələnməyə hazırlaşan Serj Sərkisyanın Armen Sərkisyanı parlamentdə seçdirməsi təsadüfi deyil.

“Belə ki, qısa bir müddət Ermənistanın baş naziri olmuş, sonradan Ermənistanın Birləşmiş Krallıqda səfiri işləyən Armen Sərkisyan Serj Sərkisyanın “qara kassası” hesab olunur”, - məqalədə bildirilib.

Bundan başqa, A.Sərkisyanın Ermənistana neft məhsullarını idxal edən “Fleş”, SRS şirkətləri, “Armavia” milli aviayükdaşıma şirkəti və “Armsvisbank” ilə ciddi əlaqələrə malik olduğu barədə də Ermənistan KİV və sosial şəbəkələrdə məlumatlar yayılıb.

“Fleş” və “Armavia” şirkətlərinin rəhbərləri Barseq Beklaryan və Mika Baqdasarov Serj Sərkisyanın sinif yoldaşlarıdır və onların fəaliyyətinə də Armen Sərkisyan nəzarət edir. Hər il Ermənistana 50 min tondan çox dizel yanacağı və digər neft məhsulları idxal edilməsinə baxmayaraq, sənədlərdə rəsmi olaraq yalnız 12-15 min ton qeyd edilir. S.Sərkisyanın təşkil etdiyi enerji qaçaqmalçılığı işini də məhz A.Sərkisyana məxsus SRS şirkəti həyata keçirir”.

Bildirilir ki, A.Sərkisyanla əlaqəsi olan “Armsvisbank” Ermənistanda çirkli pulların yuyulmasını və qarışıq bank əməliyyatlarını yerinə yetirir.

Bankın rəhbəri, Qarabağda saat istehsal edən “Müller Frank” şirkətinin nümayəndəsi Vardan Sirmarkes A.Sərkisyanla ciddi ələqlərə malikdir.

Ermənistanın hakim elitası formal prezident Armen Sərkisyanı erməni xalqına alim, siyası və ictimai xadim kimi təqdim etməyə çalışsa da, xarici ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri, demək olar ki, onun fəaliyyətini kriminal-oliqarxiya sisteminin başqa nümayəndələrindən və Ermənistanın digər inhisarçılarından fərqləndirmirlər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Paşinyanın qiyam hesabatı: Sərkisyan etirazları yatırmaq üçün….
21.06.2018
Türk əsgəri İRAN SƏRHƏDİNƏ DOĞRU İRƏLİLƏYİR
20.06.2018
Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir - Növbəti hədəf kim olacaq?
19.06.2018
Sarkisyan və Koçaryanın fəxri adları ləğv olundu
19.06.2018
Həyasızlığı sərhəd tanımayan qonşularımız FİFA prezidentini erməni "düzəltdilər" - FOTO