Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

Axtarışda olan azərbaycanlı Kurqanda tutuldu

23:48  |    07 Mart 2018  |   E-mail  |  Çapa göndər

Rusiyanın Kurqan şəhərində RF DİN əməkdaşları tərəfindən 2017-ci ilin aprel ayında Azərbaycanda törətdiyi dələduzluq səbəbindən beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub.

Virtualaz.org bildirir ki, Kurqan şəhərinin prokurorluq əməkdaşı tərəfindən aparılan sorğu zamanı məlum olub ki, vətəndaş Rusiyaya qazanc üçün gəlib və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarıldığından xəbərsizdir.

O, ittiham edildiyi cinayətlə bağlılığını inkar edib.

Buna baxmayaraq, Azərbaycan polisi əməkdaşlarından alınan sənədlərdə göstərilib ki, bu şübhəli şəxsin cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb. Lakin müttəhimin gəlməməsi səbəbindən məhkəmə baş tutmayıb. Nəticədə müttəhimlə bağlı qiyabi şəkildə həbs-qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.

Əldə edilən məlumatlara əsasən, Kurqan şəhərinin prokuroru RF Cinayət Məcəlləsinin 466-cı maddəsinə əsaslanaraq tutulan xarici vətəndaşın öz vətəninə qaytarılması təmin edilənədək həmin vətəndaşın həbs edilməsi vəsatətilə məhkəməyə müraciət edib.

Bu vəsatət yerinə yetirilib və tutulan şəxs bir ay müddətinə həbs edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Ziya Məmmədovun holdinqi “sökülür”
21.06.2018
PAMBIQÇILARI ZƏHƏRLƏYƏN ŞİRKƏTLƏR MƏLUM OLDU - Heydər Əsədovun adı hallanır
21.06.2018
Narınclar kəndində məcburi köçkünlərlə görüş - FOTO
20.06.2018
Lerikin 3 kəndindən Milli Məclisə müraciət: "Bizi köçürün..."
12.06.2018
Təhsil Nazirliyi: ““Kids studio” uşaq bağçası qanunsuz fəaliyyət göstərib”