Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6198

Digər sorğular

İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi-Sərəncam

02:19  |    07 Mart 2018  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Qaziler.az xəbər verir ki, Prezidentin Sərəncamına əsasən 2018-ci il dövlət büdcəsindən 19,9 milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Sərəncamda qeyd olunub ki, ölkədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD” mərkəzinin fəaliyyəti təşkil edilib. Vahid standartlar çərçivəsində idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək vətəndaşın məşğulluğu təmin edilib, 13 mindən çox gənc mərkəzlərdə könüllü fəaliyyətinə cəlb edilib.

“ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılıb, “ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz töhfəsini verib. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19 milyondan çox vətəndaş müraciəti cavablandırılıb, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə saxlanılıb.

Qaziler.az
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.03.2019
Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu
01.03.2019
Prezident Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı sərəncam imzalayıb
28.02.2019
Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb
16.02.2019
Prezident Siyavuş Novruzovu "Şöhrət" ordeni ilə təltif edib
11.02.2019
Milli komandalarımızda yeni baş məşqçilər - rəsmi