Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5623

Digər sorğular

İşdən çıxarılan əməkdar artist: "Qərəzli şəkildə işdən çıxarılmışam"

10:20  |    06 Mart 2018  |   E-mail  |  Çapa göndər


Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist İlham Hüseynov işdən çıxarılmasına münasibət bildirib.

Tanınmış aktyor AzVision.az-a açıqlamasında deyib ki, günahı olmadığı halda işdən çıxarılması haqsızlıqdır.

"Bu məsələni qabartmaq istəmirdim. Madam ki, onlar özləri yaydılar, mən də açıb hər şeyi deyəcəyəm. Teatr mənim işdən çıxarılmağıma don geyindirir ki, guya iş davamiyyətini ardıcıl pozuram. Ancaq reallıq elə deyil. Çox nizam-intizamlı, məsuliyyətli insanam. Bütün Respublika məni tanıyır, işlərim göz qabağındadır. Sadəcə rəhbərlik işçisini sevməyəndə bəhanə tapmaq onun üçün çətin deyil. Bütün bunlar hamısı yalançı səbəblərdir".

İ.Hüseynov işdən çıxarımasına görə, teatrın rəhbəri Azərpaşa Nemətovu günahlandırıb.

"Teatrın rəhbəri Azərpaşa Nemətov bura gəldiyi gündən məni görən gözü yoxdur. Səbəbini də bilmirəm. Mənə öz münasibətini açıq deyib ki, səni görən gözüm yoxdur, tanımıram, tanımaq da istəmirəm. Məni öz komanadasında görmür, görmək stəmir. Bu səbəbdən də həmişə təzyiq altında saxlayıb. Rəhbər insanı sevməyəndə işləmək çətin olur.

Yetərincə məsuliyyətli insanam. İşə bəzən gəlməməyimin səbəbi odur ki, yayda çanaq oynağımın dəyişidirilməsi ilə əlaqədar ağır əməliyyat keçirtmişəm. Bununla əlaqədar altı ay yarım bülletendə olmuşam. Ancaq bülletendə olmağıma baxmayaraq, tamaşa olanda gəlib oynamışam. Kütləvi tədbirlərə gələndə başa düşmək olardı ki, səhhətimlə bağlı bu işlərdə aktiv iştirak edə bilmirəm. Bütün bunların hamısı bəhanələrdir. Çox haqsız və ağ yalandır. Qərəzli şəkildə işdən çıxarılmışam”.

Hazırda işsiz qalan aktyor ikinci dəfə əməliyyat olunacağını və işdən çıxarılmasının ona böyük zərbə olduğunu deyib.

“Yayda çəkildiyim “Vicdan haqqı” serialı bitəcək. Bəs mən ondan sonra nə edəcəyəm? Teatr aktyorun əsas iş yeridir. Kirayə qalan adamam, görün, mənə nə qədər çətinlik yaratdılar. Yazda ikinci dəfə digər ayağımdan əməliyyat olunacağam. Aktyoru başa düşmək, halına yanmaq vacibdir. Teatrdan çıxarma bəhanələrindən biri də odur ki, guya yaxşı gəzə bilmirəm, axsayıram. Bu, qeyri-insani münasibətdir. Həmkarlarım mənə dəstək oldular. Azərpaşa Nemətova zənglər edildi, ancaq heç kimi saymadı. Dedi, mən onunla işləmirəm, vəssalam”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.06.2018
Şahbaz Xuduoğlu kitabxanasını kimə hədiyyə edəcək? - Açıqlama
12.06.2018
“Manqurt” premyeraya hazırlaşır
11.06.2018
Samir Cəfərov məmurla dalaşdı: vəzifəsindən istefa verdi
08.06.2018
“Çağırsalar da, getmərəm” - Faiq Sücəddinov telekanallardan gileyləndi
05.06.2018
11 yaşlı azərbaycanlı uşaq İsveçdə hamını heyran qoydu