Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5627

Digər sorğular

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 30 min nəfəri ötüb

10:42  |    06 Mart 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanda 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır.

Keçən il qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1432 nəfər ( 488 nəfər dispanser, 944 profilaktik olub.

Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31 dekabr 2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29 min 448 nəfər narkoman qeydiyyatda olub. Onlardan 24 min 56 nəfəri dispanser, 5 min 392 nəfəri profilaktik qeydiyyatda olub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Zəhərlənən pambıqçılarla bağlı son xəbər - Foto
18.06.2018
Amerikalı həkimdən ölümlə bağlı qorxunc İddia
18.06.2018
Çiyələk yeyərkən bunlara DİQQƏT EDİN
17.06.2018
Yəhudi alimlərdən şok: Sağlam qida yoxdur – Səbəb
12.06.2018
Bir ailədə 4 uşaq daşa dönür... -AĞLASIĞMAZ...