Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

Dəhşətli yanğınla bağlı "Qaynar xətt" yaradıldı

20:39  |    02 Mart 2018  |   E-mail  |  Çapa göndər

Dəhşətli yanğınla bağlı "Qaynar xətt" yaradıldı

Xəbər verildiyi kimi, martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş və ağır nəticələrə səbəb olmuş yanğın faktına görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, hazırda iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun 441-59-77, Daxili İşlər Nazirliyinin 590-93-31, Fövqəladə Hallar Nazirliyinin 512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.09.2018
Elmar Vəliyev oğlu ilə restoranda
14.09.2018
İmam Hüseyn (ə.s.) məktəbinin sirri, fəlsəfəsi, estetikası və əxlaqı barədə
25.08.2018
"Lotu Quli"dən Afaq Aslanla bağlı paylaşım - FOTO
23.08.2018
Rəsulzadənin məktubları və fotoları sərgilənəcək
21.08.2018
Məhərrəm ayının başlama vaxtı açıqlanıb