Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6007

Digər sorğular

Erməni lobbisindən ETİRAF: Xocalı qətliamını Ermənistan törədib

16:30  |    02 Mart 2018  |   E-mail  |  Çapa göndər


Amerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də həyata keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.

Modern.az-ın məlumatına görə, dinləmələrin ardınca zalda əyləşənlər şərh və suallar verməyə dəvət olunublar. Kaliforniyada yaşayan Azərbaycan icmasının gənc üzvləri gözəl ingiliscə faktlara əsaslanan sərt çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini əməlli başlı sıxışdıraraq, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar. Pis vəziyyətdə qalan və suallara cavab verə bilməyərək hər vəchlə onlardan yayınmağa çalışan senator E.Portantinonun köməyinə erməni icmasının üzvləri yetişməyə çalışıblar.

Şərh edənlərdən biri, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə əslində özlərini ifşa edib. M.Tumacanın çıxışından həmin hissəni olduğu kimi təqdim edirik:

“Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırımı adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış Azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda ... (dili dolaşır) gərgin döyüşlər gedəcək. Bundan başqa Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdılar. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildilər, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər”.

Faktiki olaraq erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edərək, bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edir. Axı günahsız və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə necə haqq qazandırmaq olar?
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
XİN: Danimarka şirkəti Dağlıq Qarabağda heç bir iqtisadi fəaliyyətlə məşğul deyil
11.12.2018
Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər - Qarabağda müharibə yaxınlaşır?
11.12.2018
Qarabağ klanından Paşinyan hakimiyyətinə “şifrəli mesaj”
11.12.2018
Düşmən mövqelərimizi atəşə tutub
10.12.2018
Şahbaz Quliyevin qardaşı: “Bildiyim odur ki, quru nəfəsləri qalıb”