Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi - YENİLƏNİB - FOTOLAR

15:20  |    01 Mart 2018  |   E-mail  |  Çapa göndər


Qaziler.az lent.az-a istinadən xəbər verir ki, güllələnmə hadisəsini törətmiş Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur.

Xəsarət almış Teyyub Tağıyev isə "Odessa Teyyub” adı ilə tanınır və kriminal dairələrə yaxın olduğu bildirilir.

Saxlanılan Azər Məmmədov haqqında Azərbaycan mətbuatında ilginc iddialar yazılıb. edib. Belə ki, A.Məmmədov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olub. Atası Pirverdi Məmmədov əvvəllər Şirvandakı yağ zavodunun müdiri olub.

Bildirilir ki, bu, Azər Məmmədovun ilk cinayəti deyil. Belə ki, o, əvvəllər kriminal hesablaşmalar fonunda rayonda daş-qum bazarını işlədən və "Çoban” kimi tanınan şəxsi güllələyib. Ağır yaralı halda rayon xəstəxanasına çatdırılan "Çoban”ın həyatını xilas etmək mümkün olub. Daha sonra o, Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika zavodu”nda işləyən Babək adlı şəxsi ölümcül halda döyüb. 2015-ci ildə "Qazel” sürücüsü Rəsul adlı şəxs də "Hacı Azər” tərəfindən güllələnib. İddia edilir ki, Azər Məmmədov rayonda obyektlərdən pul tələb edirmiş. Aylıq haqqı çatdırmayan sahibkarlar onu tərəfindən hədələnirmiş.

"Hacı Azər” kimi tanınan Azər Məmmədovun Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olmuş Kamran Zeynalovun üstünə silah çəkdiyi də yazılır. Şirvanın polis rəisi bundan xəbər tutduqdan sonra "Hacı Azər”in silahı alınaraq atası Priverdi Məmmədova təhvil verilib. Kamran Zeyanlov isə Şamaxıya rəis müavini göndərilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR
23.09.2018
Bakıda “Gelendwagen” sürücüsündən insanlıq dərsi (VİDEO)
23.09.2018
Güclü yağış Bakı yollarında problemlər yaradıb - VİDEO
23.09.2018
Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı AÇIQLAMA
22.09.2018
İt iki balasını öldürən kobraya hücum etdi - digərlərini qorumaq üçün - VİDEO