Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

“Yoldaşımın başına 1 kilo qızıl ayırmışdılar” - Xocalı faciəsi şahidlərin dili ilə – VİDEO

20:45  |    26 Fevral 2018  |   E-mail  |  Çapa göndər


ARB TV-nin “Günə doğru” verilişində Xocalı soyqırımı ilə bağlı sujet efirə gedib.

Xocalı, kiçik amma anlamı və amalı böyük olan bir isimdir. Bu ad səslənən kimi, şüuraltı olaraq, hər kəsin gözü onundə soyuq fevral faciəsi canlanır. Ana fəryadı, ata harayı, körpə iniltisi. Bəli Xocalı tarixi düşmənçiliyin ən böyük faciəsi, bəşər tarixində törədilən ən böyük soyqırımı sayılır. Ermənilərin torpaq iddiaları və türklərə, azərbaycanlılara bəslədiyi 100 illiklərin kini idi Xocalı...Xocalı Qarabağın zəbti üçün ən strateji məntəqələrdən sayılırdı.

Amma Xocalıya faciyə soyqırımı ilə yanaşı igidlik və mərdlik nümunəsi kimi də baxmalıyıq. Çünki son günə kimi ölümü gözə alan əhalı öz evini tərk etmədi. O gecəni göz yaşları ilə xatırlayan Validə Rzayeva, kəndi ,evini son tərk edən Xocalı sakinlərindın olub. Əli tüfəngli, sinəsi qumbaralı ölümün gözünə dik baxıb.

Validə Rzayeva (Xocalı sakini): “Mən onda ayaqyalın çıxmışdım. Evə qayıdıb ayaqqabı geyinib, 5-6 qumbaranı belimə bağladım ki, əsir düşsəm, özümü partladım. Bir dənə də yoldaşımın tüfəngini götürdüm”.

Xocalıda böyüyüb, orta məktəbin ilk illərini orda oxuyan Sara Rzayeva isə, ermənilərin son illər daha radikal və kəskin hərəkətlərinin şahidi olduğunu deyir. Cəmi 13-14 yaşı olmasına baxmaraq, sinif yoldaşları ilə ermənilərə qarşı gizli planlar qurduqlarını deyir. Ailəsindən, xüsusən də atasından eşitdikləri onu ermənilərə qarşı daha aqressiv formalaşdırıb.

Sara Rzayeva ( Xocalı sakini): “Atam bizi elə böyütmüşdü ki, hamımız o günə hazır idik. Hamımız tüfəng ata bilirdik və qumbaralarımız var idi”.

Xocalı hər zaman ermənilər üçün bir istinad olduğunu və daima oranı ələ keçimək istədiyini deyən Nuridə Zamanova həmin günləri həyatı üçün ağır anlardan sayır. O, son illər Qarabağın ətrafında baş verən hadisələrin bu faciənin əsasını qoyduğunu deyir.

Nuridə Zamanova (Xocalı sakini): “Xankəndində işləyirdim. Avtobusa minəndə bizə pis-pis baxırdılar. Ondan sonra işə getmədik”.

Validə Rzayeva, həyat yoldaşı Felmarın ermənilər üçün arzuolunmaz insan sayıldığını deyir. İstər Xocalı, istərsə də ətraf rayonlarda ermənilər, dəfərlər ağır zərbələr endirdiyinə görə onun təqiblə üzləşdiyini deyir. Onun sözlərinə görə, ermənilər mərhum həyat yoldaşının başına külli miqdarda bəxşiş qoysa da, nə Xocalılar, nə də onu tanıyan digər insanlar Felmarı ermənilərə satmayıb.

Xocalı bir şəhərin, bir ölkənin, bir millətin yox, bəşəriyyətin faciəsidir. Amma dünya ictimaiəti bəşər övladına qarşı tərədilən insanlıqdan uzaq bu hadisəyə, hələ də susur. Xocalıya ədalət, həm də dünyanın var oluşu üçün atılmalı olan addımlardandır. Bunun üçün isə, qətiyyətli və dürüst olmaq gərəklidir.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
XİN: Danimarka şirkəti Dağlıq Qarabağda heç bir iqtisadi fəaliyyətlə məşğul deyil
11.12.2018
Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər - Qarabağda müharibə yaxınlaşır?
11.12.2018
Qarabağ klanından Paşinyan hakimiyyətinə “şifrəli mesaj”
11.12.2018
Düşmən mövqelərimizi atəşə tutub
10.12.2018
Şahbaz Quliyevin qardaşı: “Bildiyim odur ki, quru nəfəsləri qalıb”