Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

Azərbaycanda bu aparıcılar efirdən getdi - Reytinq savaşları

16:08  |    24 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.

Qaziler.az oxu.az-a istinadən xəbər verir ki, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.

Belə ki, Xəzər Tv-də yayımlanan "Oyan Azərbaycan”ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.

ARB telekanalında yayımlanan "Şənbə səhəri” verilişinin aparıcısı da dəyişdirilib. Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.

"ARB”də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı "Sayqa ilə bu axşam” verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.

"Azad Azərbaycan” telekanalında da dəyişiklik olub. Bir neçə gündür Azər Axşamın aparıcılığını etdiyi "Bir axşam” verilişini Cavid Gül aparır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Könül Xasıyeva əməliyyat olunacaq
12.06.2018
Şahbaz Xuduoğlu kitabxanasını kimə hədiyyə edəcək? - Açıqlama
12.06.2018
“Manqurt” premyeraya hazırlaşır
11.06.2018
Samir Cəfərov məmurla dalaşdı: vəzifəsindən istefa verdi
08.06.2018
“Çağırsalar da, getmərəm” - Faiq Sücəddinov telekanallardan gileyləndi