Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

Kürd sənətçidən Afrin mesajı: Riyakarcasına...

03:34  |    23 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Türkiyədə kürd əsilli müğənni İntizar “Zeytun budağı” əməliyyatını dəstəklədiyini açıqlayıb.

Kult.az xəbər verir ki, bu barədə müğənni Türkiyə mətbuatına verdiyi müsahidə zamanı danışıb.

“Kürd əsilli bir sənətçi olaraq “Zeytun budağı” əməliyyatını dəstəkləyirəm. Necə ki, terror qruplaşmaları kürd xalqının haqlarını müdafiə etmir, mən də kürd əsilli bir sənətçi olaraq heç bir zaman terror qruplaşmalarını müdafiə etmirəm. Çünki onlar mənim xalqımı və haqqımı müdafiə etmir. Onlar illərdir kimlərinsə oyuncağına çevrilib. Mənim xalqımı və haqqımı müdafiə etmək o əlaltılara qalmayıb. Bu ölkədə bir çox kürd əsilli sənətçi var. Əminəm ki, onlar da mənim kimi fikirləşirlər. Biz bunları açıq şəkildə dedikdə özünütanımayanlar bizi riyakarcasına tənqid edirlər. Ortada bir həqiqət var və bunu inkar edən insan deyildir. Orada əslində ən böyük zülmü kürdlər çəkir. Orada kürd kəndləri, türkman kəndləri və milyonlarla suriyalı var. Mövzu onsuz da kürd məsələsi deyil, kürdlərlə heç bir əlaqəsi yoxdur. Vəziyyət tamamilə xaçlı-islam savaşını xatırladır. Mənim qəlbimin hiss etdiyi budur. Türkiyə oradan böyük bir zəfərlə çıxmalıdır. Allah türk əsgərini qorusun, bizlərə oradan zəfərlə çıxmağı nəsib etsin. Sonuna qədər məhmədciyin arxasındayam”, - İntizar bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.12.2018
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO
06.12.2018
Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq
29.11.2018
“Onsuz yaşaya bilmərəm, Allah bizi ayırmasın” - Könül Xasıyeva
26.11.2018
Xalq artistimiz məşhur türk serialında rol alıb...-FOTO/VİDEO
25.11.2018
Azərbaycanlı aktyorun çəkildiyi filmə 18+ qadağası (VİDEO)