Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6005

Digər sorğular

Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? - VİDEO

13:59  |    22 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Əldən-ələ keçən əskinas və metal pullar yoluxucu xəstəliklərin daşıyıcısıdır.

Onlar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər. Bəs görəsən pullar dezinfeksiya olunurmu?

Xezerxeber.az-ın məlumatına görə, gün ərzində onlarla insana pul verib, pul alırıq. Əldən-ələ gəzən həmin pullar yoluxucu xəstəliklərin ən sürətli daşıyıcılarıdır.

Xəstə insan dəsmalla burnunu sildikdən sonra həmin əli ilə pulu götürürsə, onda pulun çirklənmə təhlükəsi yaranır. Kəskin respirator virus infeksiyaları pula keçə bilir. Nəzərə alsaq ki, pullar dövriyyədən çıxana qədər minlərlə insanın əlindən keçir, məsələ daha da ciddiləşir.

Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov deyir ki, bunun qarşısını almaq üçün xüsusilə apteklərdə, xəstəxanalarda, bağçalarda və digər bu kimi yerlərdə pulların dezinfeksiyası üçün xüsusi texniki vasitələr olmalıdır.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, hazırda tədavüldə olan pullar ildə iki dəfə Mərkəzi Banka mədaxil olunur. Çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılaraq məhv olunur. Tədavülə isə yalnız yararlı və təmizlənmiş pul nişanları buraxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2018
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi (FOTO/VİDEO)
11.12.2018
İnşaat sektorunda qanun pozuntuları - Vəzifəli şəxslərə cinayət işi açıldı
11.12.2018
Hava şəraiti dəyişəcək, yağış yağacaq- XƏBƏRDARLIQ
11.12.2018
Siqaret yasağı sərtləşdi
10.12.2018
Fədayə Laçının məhkəməsi təxirə düşdü - Səbəb